Xəbər axtarın

Son axtarış nəticələri:

Solovyov qəzəbindən aparıcını qovdu- Səbəb Ukrayna PUA-larıdır

04.03.2026 17:53

Kremlin ən qatı təbliğatçısı sayılan Vladimir Solovyovun “Solovyov Live” verilişinin aparıcılarından biri olan Kirill Fyodorov efirdən çıxarılıb. 

Primeinfo.az AzPolitika-ya istinadən xəbər verir ki, buna səbəb Fyodorovun Ukrayna PUA-larını tərifləməsi olub. Nəşr yazır ki, aparıcının Ukrayna dronlarının keyfiyyəti ilə bağlı verdiyi açıqlamalar onun qovulmasına səbəb olub. Fyodorov özü və Solovyov bununla bağlı heç bir şərh verməyiblər.

Ötən həftəki verilişdə Fyodorov Ukrayna Silahlı Qüvvələrinin dronlarının texniki imkanlarını müzakirə edərkən deyib: “Təəssüf ki, onlar yaxşıdır. Dronlardakı radar görüntüləri demək olar ki, yerə qədər aydın görünür… Daha yaxşı inkişaf etmiş retranslyatorları var, elektron müharibəyə qarşı daha yaxşı müqavimət göstərirlər. Eyni zamanda fiber optik və FPV işlədən baza stansiyasına malikdirlər”.

Başqa bir verilişdə Fyodorov Telegram-ın bloklanmasına qarşı çıxmışdı və iddia etmişdi ki, bu cür tədbirlər “bir çox rus əsgərinin ölümünə” səbəb ola bilər. Bundan sonra Solovyov öz işçisini “məsuliyyətsiz açıqlamalarına” görə tənqid etmiş və hətta onun xəyanətinə işarə etmişdi.

Paylaş: