Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: Molla rejimindən tələb: mitinqə çıxan güllələnəcək – VİDEO

11.03.2026 14:58

“Biz daha çox Türkiyə televiziyalarından izləyirik ki, İranda molla rejimi bir tərəfdən öz xeyrinə mitinqlər təşkil edir. Digər tərəfdən isə deyir ki, “mənə qarşı mitinq edəni vuracağam. Bu nə dərəcədə doğrudur?”

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” proqramında deyib.

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının başqanı Eldar Qaradağlı bu xəbəri təsdiq edib:
“İranda molla rejimi bunu açıq elan etdi, dedi ki, meydana çıxan hər kəsin əlində İran İslam Respublikasının bayrağı, yeni ali dini rəhbərimizin şəkli olmalıdır. O cümlədən, meydana çıxan şəxs “Ölüm olsun Amerikaya”, “Ölüm olsun İsrailə”, hətta yeri gələndə “Ölüm olsun Azərbaycana” və “Ölüm olsun Türkiyəyə” şüarlarını da səsləndirməlidir”, – deyə o əlavə edib.

Ətraflı “Qırmızı masa”da:

Paylaş: