
ABŞ prezidenti Donald Tramp Fox News telekanalının “The Ingraham Angle” verilişində gözlənilməz bir addım atıb.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Tramp aparıcı Laura İnqrahama Oval kabinetdə gizlədilmiş qeyri-adi bir əşyanı göstərib.
Belə ki, söhbət əsnasında Tramp pəncərəyə yaxınlaşıb və pərdəni çəkib, nəticədə İranın mərhum Ali Lideri Əli Xamneyinin kartondan hazırlanmış bir fiquru ortaya çıxıb. Prezidentin sözlərinə görə, fiqur bir gün əvvəl hazırlanıb.
Kadrlarda kartondan hazırlanmış siluetin baş hissəsində nəzərə çarpan zədələr görünüb. Tramp görüntünü şərh edərkən bunu “çox əla” adlandırıb və əlavə edib ki, fiquru aparıcıya elə müsahibə zamanı göstərmək qərarına gəlib.
Teleaparıcı İnqraham gözlənilməz görüntüyə təəccüblə reaksiya verib.
İranın mərhum Ali Lideri Əli Xamneyi ABŞ və İsrailin fevralın 28-də Tehrana endirdiyi aviazərbələr zamanı həlak olub.