Xəbər axtarın

Son axtarış nəticələri:

36 yaşlı kişini maşınla vurub öldürdü

11.04.2026 12:00


Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Primeinfo.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Həsənqala kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub.

Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Paylaş: