
ABŞ-a məxsus “B-1B Lancer” və “B-52H Stratofortress” strateji bombardmançı təyyarələri hər biri 1 ton çəkidə olan “JDAM-31 BLU-109” bombaları ilə təchiz edilərək Böyük Britaniyadakı “RAF Fairford” aviabazasında yerləşdirilib.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, daxil olan məlumatlara görə, həmin təyyarələr hər an İrana qarşı mümkün zərbələr endirmək üçün tam hazır vəziyyətə gətirilib.
Bundan əlavə, sözügedən bazaya hərbi-nəqliyyat aviasiyası vasitəsilə dayanmadan döyüş sursatlarının daşınması prosesi davam edir. Hazırda ABŞ-ın bu aktivliyi regionda gərginliyin artması fonunda ciddi diqqət mərkəzindədir.
