Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ Livan-İsrail danışıqları ərəfəsində Beyrutun bombalanmayacağına zəmanət verib

11.04.2026 22:30

Aprelin 14-də Vaşinqton şəhərində start götürəcək Livan və İsrail arasındakı müzakirələrdən öncə ABŞ Beyrut üçün təhlükəsizlik təminatı alıb.

Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu “Əl-Hadath” telekanalı açıqlayıb.

Verilən məlumatlara əsasən, ABŞ çərşənbə axşamınadək Beyrutun hava zərbələrindən mühafizə olunacağına zəmanət verib.

Bildirilir ki, Livan və İsrail nümayəndələri arasındakı görüşlər səfirlər səviyyəsində baş tutacaq. Bu mərhələnin əsas hədəfi müzakirələrə start vermək üçün ilkin addım qismində atəşkəsə nail olmaqdır. Görüş zamanı tərəflərin “Hizbullah” təşkilatının silahlanması, İsrail ordusunun geri çəkilməsi, əsirlərin sərbəst buraxılması və sərhəd problemlərini nəzərdən keçirəcəyi planlaşdırılır.

Paylaş: