Xəbər axtarın

Son axtarış nəticələri:

Britaniyalı eks-məmur vətəndaşlıqdan məhrum edilib – Rusiya ilə əlaqələrə görə

12.04.2026 22:15

Britaniyada keçmiş polis məmuru Mark Bullen Rusiya ilə əlaqələri səbəbindən vətəndaşlığından məhrum edilib.

Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, “Sandi Tayms” qəzetinin məlumatına görə, bu, qeydə alınan ilk haldır.

Bullen on ildən çox Hertfordşir polisində xidmət edib. Bu müddət ərzində o, Rusiya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və Sankt-Peterburqa ezamiyyətə göndərilib. 2014-cü ildə o, Rusiyaya köçüb və 2022-ci ildə Rusiya vətəndaşlığını alıb. Bullen hazırda Sankt-Peterburqda, “Zenit” klubunda işləyir.

Bullenin Britaniya vətəndaşlığından məhrum edilməsi qərarını daxili işlər naziri Şaban Mahmud qəbul edib və o, bu addımın səbəbi kimi milli təhlükəsizlik məsələsini göstərib. M.Bullen xarici dövlətin maraqlarına uyğun fəaliyyətlərdə iştirak etməkdə şübhəli bilinir. O özü isə hər hansı bir qanun pozuntusunu inkar edir.

Nəşr qeyd edir ki, 2024-cü ilin noyabr ayında britaniyalı Luton hava limanında terrorizmə qarşı mübarizə polisi tərəfindən saxlanılıb və dörd saat dindirilib. Onun sosial media hesablarında Ukraynanı tənqid edən paylaşımlar yer alır.

Paylaş: