
Dünyada süni intellekt (Sİ) əsaslı silahlanma yarışı başlayıb və bu proses miqyasına görə nüvə silahı uğrunda mübarizə ilə müqayisə edilir.
Primeinfo.az Musavat.com xəbər verir ki, “The New York Times” nəşrinin dərc etdiyi məlumata görə, ABŞ, Çin və Rusiya döyüş meydanında müstəqil qərar vermə qabiliyyətinə malik avtonom dronlar və sistemlər üzərində aktiv iş aparırlar.
Müasir texnologiyaların hərbi sahəyə tətbiqi istiqamətində gedən bu rəqabətə artıq Avropa ölkələri, Hindistan, İsrail və digər dövlətlər də qoşulub. Ekspertlərin fikrincə, süni intellektin hərbi məqsədlərlə istifadəsi qlobal təhlükəsizlik arxitekturasını kökündən dəyişə bilər.
Nəşrin mənbələrinə görə, Rusiya hərbi pilotsuz uçuş aparatlarının (PUA) istehsal gücü baxımından ABŞ-ı qabaqlaya bilər.
Rəsmi Vaşinqton isə hazırda bu sahədə Çindən geri qalmamaq üçün bütün resurslarını səfərbər edərək fərqi minimuma endirməyə çalışır.