Xəbər axtarın

Son axtarış nəticələri:

DYP sürücülərə müraciət etdi

13.04.2026 21:13

Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.

Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciətində bildirilir.

İdarə sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir:

“Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbrli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq”.

Paylaş: