Xəbər axtarın

Son axtarış nəticələri:

İlyas Topsakal:”Rusiya və Çini daha yaxından tanımalıyıq” - VİDEO

12.04.2026 11:06

Screenshot

Türkiyənin hakimiyyət ortağı Milliyyətçi Hərəkat Partiyası başqanının Türk dünyası və uluslararası ilişgilər üzrə müavini İlyas Topsakal 4 günlük Rusiya səfəri haqqında TV100-ə müsahibə verib.

Primeinfo.az xəbər verir ki, o, partiya başqanı Devlet Bahçelinin Türkiyə-Rusiya-Çin strateji baxışı haqqında danışarkən Türk Dövlətlər Birliyinin coğrafi anlamda bu iki güc arasında yerləşdiyini bildirib:

“Türkiyə Rusiyanı və Çini daha yaxından tanımalıdır. İndilik bu məsələdə boşluqlar var. Yeni dünya düzənində həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik açısından balans siyasətini saxlamaq üçün bu, həm Türkiyə, həm də Türk Dövlətlər Birliyi üçün olduqca vacibdir”.

Paylaş: