Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Əl Cəzirə, Fars və İranın Xarici İşlər Nazirliyinə istinadən yayılan məlumatlara görə, İranın sərt xəbərdarlığından sonra ABŞ hərbi dəniz qüvvələrinə məxsus gəmilər Hörmüz boğazı ərazisində hərəkəti dayandırıb.
Məlumata əsasən, İran tərəfi Pakistan vasitəsilə Vaşinqtona mesaj ötürərək bildirib ki, ABŞ gəmiləri icazəsiz şəkildə boğazdan keçərsə, 30 dəqiqə ərzində hədəfə alınacaq.
İran XİN-in açıqlamasında qeyd olunur ki, bu xəbərdarlıqdan dərhal sonra ABŞ-yə məxsus hərbi gəmilər kurslarını dəyişərək geri çəkilməyə başlayıb.
