Xəbər axtarın

Son axtarış nəticələri:

Tərtərdə törədilmiş qətlin səbəbi məlum oldu - ŞOK TƏFƏRRÜAT

12.04.2026 15:24

Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub.

Primeinfo.az  “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə tərəflər arasında əvvəlcədən mövcud olan münaqişənin davamı kimi baş verib.

Belə ki, bir il əvvəl baş verən insident zamanı 1999-cu il təvəllüdlü Nabil Aslanov həmyerlisi, 1995-ci il təvəllüdlü Səfixan Nağıyevə bıçaqla xəsarət yetiribmiş.

Ötən gün tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Səfixan Nağıyev əvvəlki hadisəni xatırladaraq Nabil Aslanova çoxsaylı bıçaq zərbələri endirib. Ağır xəsarətlər alan Nabil Aslanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Paylaş: