ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Hörmüz boğazında genişmiqyaslı hərbi əməliyyatlara başladığını bəyan edib.
Primeinfo.az xəbər verir ki, dövlət başçısı bu barədə özünə məxsus “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
Tramp qeyd edib ki, hazırkı andan etibarən dünyanın ən güclüsü olan ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olan və ya oradan çıxan istənilən gəminin blokadaya alınması prosesinə başlayır.
Amerika qüvvələri həmçinin boğazdan keçmək üçün İrana ödəniş edən gəmiləri müəyyənləşdirəcək və onları saxlayacaq.
“Qanunsuz rüsum ödəyən heç kəs açıq dənizdə təhlükəsiz keçid əldə edə bilməyəcək”, – deyə Amerika lideri vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl “Fox News” telekanalı ABŞ Hərbi Dəniz Qüvvələrinin İran sahillərində yerləşməsini əks etdirən kadrlar yayımlayıb.