Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Trampla Qəzza “Sülh Şurası”nın fəaliyyətini müzakirə edib

28.01.2026 10:29

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli münasibətlər, Suriyadakı vəziyyət, Qəzza “Sülh Şurası”nın fəaliyyəti, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Suriyada atəşkəsin qorunmasına, inteqrasiya sazişinin tam şəkildə icra olunmasına böyük əhəmiyyət verdiyini, ABŞ və Suriya rəsmiləri ilə prosesi yaxından izlədiklərini bildirib.

Paylaş: