Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: AYNA

Bu ərazidəki avtobuslar yeniləndi - AYNA - VİDEO

Metronun “28 May” stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrutun avtobusları yenilənib. AYNA tərəfindən keçirilən müsabiqənin nəticəsinə əsasən, artıq yeni daşıyıcı (BakuBus) xəttin istismarını həyata keçirir. Primeinfo.az-a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfə artıb

Bu ilin iki ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 172 675 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Primeinfo.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

5 istiqamət üzrə marşrut xətləri satıldı

Sumqayıt-Ağdam, Gəncə-Masallı, Gəncə-Gədəbəy, Gədəbəy-Gəncə və Qazax-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. Primeinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, Sumqayıt-Ağdam marşrutu üzrə fiziki şəxs Məmmədov Böyükağa Sədi oğlu; Gəncə-Masallı marşrutu üzrə hüquqi şəxs “MİN.

8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məhdudiyyətlə əlaqədar 4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli müntəzəm avtobusların hərəkəti alternativ küçələrdən təşkil ediləcək: 4 nömrəli marşrut Bakı Ağ Şəhər – Nəriman Nərimanov metrostansiyası: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; Nəriman Nərimanov metrostansiyası – Bakı Ağ Şəhər: Neftçilər prospekti – 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi (“Boulevard Hotel Baku”) – 1-ci Yaşıl ada küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; 10 nömrəli marşrut Bakı Ağ Şəhər – Yasamal yaşayış kompleksi (MİDA): 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; Yasamal yaşayış kompleksi (MİDA) – Bakı Ağ Şəhər: Neftçilər prospekti – 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi (“Boulevard Hotel Baku”), daha sonra öz hərəkət sxemi üzrə; 21 nömrəli marşrut Əhmədli metrostansiyası – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; 30 nömrəli marşrut Xalqlar Dostluğu metrostansiyası – “28 May” NMM: Babək prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; 28 May NMM – Neftçilər metrostansiyası: Yusif Səfərov küçəsi – Babək prospekti, daha sonra öz hərəkət sxemi üzrə; 32 nömrəli marşrut Neftçilər metrostansiyası – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; “28 May” NMM – Neftçilər metrostansiyası: Neftçilər prospekti – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; 46 nömrəli marşrut Günəşli qəsəbəsi – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; “28 May” NMM – Günəşli qəsəbəsi: Neftçilər prospekti – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; 49 nömrəli marşrut 68 nömrəli məktəb (Sabunçu rayonu) – “28 May” NMM: Nəcəfqulu Rəfiyev küçəsi – 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; “28 May” NMM – 68 nömrəli məktəb (Sabunçu rayonu): Neftçilər prospekti – 8 Noyabr prospekti – Nəcəfqulu Rəfiyev küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; 120 nömrəli marşrut Hövsan qəsəbəsi – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Sumqayıt-Laçın reysi fəaliyyətə başlayır

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt-Laçın müntəzəm avtobus reysi təşkil edilir.

"Şamaxinka"da ilk dəfə işıqforlar işə salındı - FOTO - VİDEO

Bakının Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsində ilk dəfə svetoforlar istifadəyə verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Qeyd olunub ki, “Şamaxinka” adlanan yol sahəsi artıq svetoforla tənzimlənir.

Bakıdan Laçına yeni müntəzəm avtobus reysi təşkil edilir

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni Bakı-Laçın müntəzəm avtobus reysi təşkil edilir. Bu barədə Primeinfo.az-a AYNA-dan bildirilib. Fevralın 25-dən fəaliyyətə başlayacaq Bakı-Laçın reysi üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edəcək.

Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, fevralın 7-dən bu xətlər üzrə avtobusların hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə deyil, xüsusi hərəkət zolağının mövcud olduğu Puşkin küçəsi ilə təşkil ediləcək.

Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO

Azərbaycanda yerli daşıyıcılar üçün sürücü hazırlığı üzrə təhsil haqqı 266 manatdan 50 manata endirilib. Primeinfo.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu barədə agentlikdə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla keçirilən növbəti görüşdə bildirilib. Məlumata görə, görüşdə sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib.

Bakıda yeni dayanacaqlar quraşdırılacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həm paytaxtda, həm də regionlarda sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq və şəffaf idarəetməni təmin etmək məqsədilə tender layihələrinə start verib. Primeinfo.az xəbər verir ki, agentlik tərəfindən elan olunmuş tenderlərin ehtimal olunan cəmi qiyməti 3 693 073,57 azn (üç milyon altı yüz doxsan üç min yetmiş üç manat, əlli yeddi qəpik) təşkil edir. Layihələrin ən böyük hissəsi sərnişinlərin rahatlığının təmin olunmasına yönəldilib.