Macarıstan Prezidenti Tamaş Şuyok xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Bu barədə Primeinfo.az-a XİN-dən bildirilib. Görüş ikitərəfli əməkdaşlığın dinamik gündəliyi barədə fikir mübadiləsi aparmaq və son illərdə əldə olunan irəliləyişi qiymətləndirmək üçün dəyərli bir platforma təqdim edib.
“Azərbaycan ABŞ Prezidenti tərəfindən Qəzzada təklif olunan sülh planını müsbət qarşılayır”.
“Azərbaycan ilə İran arasında əlaqələr yüksəksəviyyəli səfərlərlə daha da güclənir.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçini qarşılayıb. Priminfo.az xəbər verir ki, daha sonra tərəflər arasında ikitərəfli görüş başlayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 5 dekabr 2025-ci il tarixində Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Araşdırmaları üzrə 4-cü Avropa Konfransında iştirak edib və çıxış edib. Primeinfo.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Tədbirdə siyasətçilər, “beyin mərkəzləri”, akademik dairələr və müstəqil ekspertlər Azərbaycanının strateji baxışı və xarici siyasət prioritetlərinin müzakirəsi üçün bir araya gəliblər.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində Fransanın Avropa üzrə nümayəndəsi Benjamin Haddad ilə görüşüb.
Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Kiprdən olan həmkarı Konstantinos Kombos ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb. Görüşdə Kiprin 2026-cı ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı planlar, eləcə də daha geniş regional vəziyyət müzakirə olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Norveçin xarici işlər naziri Espen Barth Eide ilə görüş keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, tərəflər Azərbayca-Norveç əlaqələrinin hazırkı vəziyyəti, ölkələrimiz arasında genişlənən siyasi dialoq və əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan və Ermənistan hazırda ikitərəfli münasibətlərdə ən dinc və sabit dövrü yaşayırlar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurası iclası çərçivəsində Niderlandın XİN rəhbəri David Van Veel ilə görüş keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib. Görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.