Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar. Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb.
Nizami rayonu ərazisində bir nəfər polisə müraciət edərək bildirib ki, gecə saatlarında ona məxsus avtomobilin 350 manat dəyərində 2 ədəd akkumulyatoru oğurlanıb. Primeinfo.az-ın məlumatına görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı R.Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonunda əməliyyat zamanı 20 kiloqram narkotik dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təbliği və təşviqi məqsədilə profilaktik tədbirləri davam etdirir. “TodayBaku” xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, budəfəki tədbir zamanı məhdudiyyətli görünmə şəraiti olmadığı halda arxa duman fənərlərindən istifadə edən sürücü saxlanılıb və ona qanunvericiliyin tələbi izah olunub: “Bir daha hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!”
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirlikləri Rəhbərləri Şurasının növbəti iclası 2026-cı ildə Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, toplantıda MDB məkanında cinayətkarlığa qarşı birgə proqramların icrası, təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi kimi məsələlər müzakirə olunacaq.
Yanvarın 3-də və 4-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 8, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 2 il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsinin müəyyən olunması barədə birgə məlumat yayıb.
Yanvarın 2-də ölkə ərazisində qeydə alınan 21 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 2 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edilib ki, narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 4 fakt müəyyən edilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Yanvarın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 5 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən bildirilib. Qeytd edilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş “AKS-74” tipli “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.