Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Donald Tramp

Tramp: “Vaşinqton görüşü regionda sülhə ümid yaratdı” 

ABŞ Prezidenti Donald Tramp Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinə bir daha qayıdıb, iki ölkə liderləri – Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında 8 avqustda Ağ Evdə keçirilən görüşü xatırladıb.  Primeinfo.az xəbər verir ki, Donald Tramp ABŞ-ın Bakı ilə İrəvan arasında dialoqun qurulmasında əsas rol oynadığını bildirib. O, onilliklər ərzində davam edən münaqişə zamanı heç bir tərəfin Vaşinqtondakı danışıqlarda olduğu kimi sülhə yaxınlaşa bilmədiyini vurğulayıb. 

Xamenei Trampa: "Lap yaxşı, belə düşünməkdə davam et!"

İranın ali dini lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ABŞ-ın İranın nüvə potensialını məhv etməsi ilə bağlı iddiasını rədd edib. Primeinfo.az xəbər verir ki, bu barədə, o, özünün “X” səhifəsində yazıb. “ABŞ prezidenti fəxrlə deyir ki, onlar İranın nüvə sənayesini məhv ediblər.

Tramp: "Kifayət qədər qan tökülüb... daha ölüm olmasın!"

ABŞ prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı fikirlərini emosional şəkildə bildirib. Priminfo.az xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. “Kifayət qədər qan tökülüb…

Zelenski: "Trampla görüşümüz məhsuldar keçdi"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşünün məhsuldar keçdiyini bildirib. Primeinfo.az Reporta istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə Ağ Evdə keçirdiyi brifinqdə danışıb. O, Trampla Ukraynanın hava hücumundan müdafiəsi də daxil olmaqla, bir sıra mövzular barədə müzakirə apardığını vurğulayıb.

Tramp-Zelenski görüşü başa çatıb - VİDEO

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş başa çatıb. Primeinfo.az xəbər verir ki, Ukrayna lideri Ağ Evi tərk edib. Əvvəlcədən planlaşdırıldığı kimi, görüşdən sonra Tramp Floridadakı malikanəsinə, Zelenski isə təkbaşına mətbuat konfransı keçiriləcəyi məkana gedib.

Zelenski Trampla görüş üçün Ağ Evə gəlib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib. Bu barədə Primeinfo.az “NBC News”a istinadən xəbər verir. Jurnalistlərin suallarını cavablandıran Donald Tramp bildirib ki, Zelenski ilə Ağ Evdə keçirilən görüşdə əsas mövzulardan biri Rusiyanın ərazisinə dərin zərbələrin endirilməsinə icazə məsələsi olacaq: “Vaşinqton bu məsələ ilə bağlı bütün riskləri və mümkün nəticələri nəzərdən keçirəcək”.

Trampın çıxışı zamanı TƏXRİBAT

ABŞ Prezidenti Donald Trampın Knessetdəki (İsrail parlamenti) çıxışı zamanı təxribat törədilib. Primeinfo.az-ın məlumatına görə, Knesset üzvləri Ayman Odeh və Ofer Kassif Trampın çıxışı zamanı “soyqırımı” yazısı olan plakat qaldırdıqları üçün zaldan çıxarılıblar. Ayman Odeh – fələstin-israil mənşəli deputat, Ofer Kassif isə kommunist “Hadaş” partiyasını təmsil edir, fraksiyada yeganə yəhudidir.