ABŞ Prezidenti Donald Tramp administrasiyası Asiya, Afrika, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrindən 48 səfiri geri çağırır. Primeinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, administrasiyanın standart prosedurudur.
ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqset və dövlət katibi Marko Rubio ilə kəşfiyyat brifinqindən əvvəl qolf oynamağa gedib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. “Prezidentin korteji “Trump International Golf Club”a gəlib”, – məlumatda deyilir.
ABŞ-nin Danimarkadakı səfiri Ken Houeri Ağ Ev rəhbəri Donald Trampın Qrenlandiya üzrə xüsusi elçi təyin etməsi ilə əlaqədar ölkənin xarici işlər nazirliyinə çağırılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Danimarkanın XİN rəhbəri Lars Lökke Rasmussen yerli telekanala müsahibəsində deyib. “Biz yaxın zamanda ABŞ səfirini Xarici işlər nazirliyinə danışıqlara çağırıb ona iki tələbimizi bildirəcəyik: (mövqeyi )açıq-aydıb bildirsinlər və izahat versinlər”, -deyə nazir bildirib .
Rusiya Prezidenti Vladimir Putin “Vladimir Putinlə ilin yekunları” proqramı çərçivəsində keçirilən canlı yayımda ABŞ-nin NBC telekanalında çalışan britaniyalı jurnalist Kir Brennan-Simmonsun sualını yersiz hesab edib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-in məlumat yayıb. Belə ki, jurnalist Putinə ABŞ Prezidenti Donald Trumpın sülh planı ilə bağlı sual ünvanlayıb.
Çərşənbə günü Ağ Evdə bayram öncəsi etdiyi çıxışında ABŞ Prezidenti Donald Tramp amerikalıların iqtisadiyyatdan narahat olmasına və respublikaçıların 2026-cı ildə çətin ara seçkiləri ilə üzləşəcəyinə baxmayaraq, vəzifədə olduğu ilk ilini uğurlu bir hekayə kimi təqdim edib. Primeinfo.az xəbər verir ki, Donald Tramp çıxışına axşamın mövzusunu əks etdirən 13 sözlə başlayıb: “Axşamın xeyir, Amerika. On bir ay əvvəl mən nizamsızlığa varis oldum və onu düzəldirəm”.
ABŞ prezidentinin oğlu Donald Tramp (kiçik) model Bettina Andersonla nişanlanıb. Primeinfo.az xəbər verir ki, cütlük 2024-cü ildə görüşməyə başlayıb. Bu, Trampın oğlunun ikinci evliliyi olacaq.
ABŞ-nin Tarixi İrs Mühafizəsi Fondu Prezident Donald Trampın Ağ Evin ərazisində bal zalı (rəqs zalı) inşa etmək planlarına qarşı məhkəmə iddiası qaldırıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. İddiada Ağ Evin Şərq Qanadının söküntü işlərinin zəruri hüquqi və ictimai ekspertizadan keçirilmədən həyata keçirildiyi vurğulanır.
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub göndərib.
ABŞ Prezidenti Donald Tramp öz mətbuat katibi Kerolayn Livittin “pulemyot dodaqları”nı tərifləyib. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. “Bu gözəl üz, bu dodaqlar, hansılar ki, dayanmırlar.
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun siyasi həyatının sayılı günləri qaldığını bildirib. Primeinfo.az xəbər verir ki, Tramp bu məsələyə “Politico”ya müsahibəsində toxunub. O, ABŞ qoşunlarının Venesuelaya daxil olub-olmayacağı ilə bağlı suala cavab vermək istəmədiyini deyib.