ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini amerikalı sahibkar Barnuma bənzədib. Primeinfo.az xəbər verir ki, o, “Politico” nəşrinə müsahibəsində Volodimir Zelenksidən danışıb, onu məşhur amerikalı sahibkar Barnuma bənzədib. “Putindən əvvəl də belə bir fikir mövcud idi ki, Ukrayna NATO-ya qoşulmayacaq.
Dekabrın 29-da İsrailin Baş naziri və ABŞ prezidenti Donald Tramp arasında görüş baş tutacaq. Primeinfo.az “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl Netanyahunun ABŞ-a bir neçə günlük səfər edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş Naziri Nikol Paşinyana məktub göndərib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı “Armenpress” yayıb. “Hörmətli cənab Baş Nazir.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən 2026 FIFA Dünya Kubokunun püşkatma mərasimi çərçivəsində 2025-ci il FIFA Sülh mükafatına layiq görülüb. Primeinfo.az xəbər verir ki, mükafatı FIFA prezidenti Canni İnfantino təqdim edib. Bununla bağlı nümayiş etdirilən videoçarxda Trampın digər münaqişələrlə yanaşı, Ermənistanla Azərbaycan arasında sülh istiqamətində gördüyü işlər və sənədin imzalanması da qeyd olunub.
Bu gün DÇ-2026-nın final mərhələsinin püşkü atılıb.
Ukrayna münaqişəsinin həlli yaxın perspektivdə mümkündür. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Con Kennedi İncəsənət Mərkəzində – 2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimində bildirib. “Mən səkkiz müharibəni dayandırmışam və doqquzuncu yaxınlaşır.
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı İsrail hökumətinin mətbuat xidməti yayıb. Qeyd olunur ki, tərəflər söhbət zamanı HAMAS-ın tərksilah edilməsinin və Qəzzanın demilitarizasiyasının vacibliyini vurğulayıblar.
ABŞ Prezidenti Donald Tramp İsraili ərəb dövlətinin inkişafına mane olmamaq üçün Suriyanın yeni hakimiyyəti ilə dialoqu davam etdirməyə çağırıb. Primeinfo.az xəbər verir ki, o, bunu “Truth Social” şəbəkəsindəki hesabında yazıb. Tramp qeyd edib: “Çox vacibdir ki, İsrail Suriya ilə güclü və səmimi dialoqu davam etdirsin və heç nə Suriyanın firavan dövlətə çevrilməsinə mane olmasın.” O vurğulayıb ki, Vaşinqton administrasiyası Suriyada əldə olunan nəticələrdən məmnundur və bu ölkənin hökumətinin qarşıya qoyulan vəzifələri həyata keçirməsi üçün bütün səyləri göstərir.
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı müraciət edib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti sosial media hesbaıdna paylaşım edib. “Bütün aviaşirkətlərə, pilotlara, narkotik satıcılarına və insan alveri ilə məşğul olanlara müraciət edirəm — Venesuela üzərində və onun ətrafındakı hava məkanını tam bağlı hesab edin”, – paylaşımda deyilir.