Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Suriyanın yeni lideri Əhməd əl-Şaraa arasındakı görüşdə maraqlı anlar yaşanıb. Primeinfo.az xəbər verir ki, həmin görüntüləri “Al Arabiya” instaqramda yayımlayıb. Belə ki, yayımlanan videoda amerikalı liderin “ən yaxşı” adlandırdığı “Trump Victory 45-47” ətrini əvvəlcə öz üzərinə, daha sonra Suriya lideri və xarici işlər naziri Əsəd Həsən əl-Şeybaninin üzərinə bir neçə dəfə sıxdığı görünür.
“Mən yalnız bizdən alınanı geri qaytarmaq istəyirdim. Daha artığına ehtiyacım yoxdur”.
ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarının bərpası barədə göstərişindən sonra Vaşinqton ilk qitələrarası ballistik raket sınağınının həyata keçirilməsini planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə Newsweek nəşri məlumat yayıb. Məlumata görə, Minuteman III tipli nüvə başlığı daşıya bilən raket Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr bazasından buraxılacaq və Marşall adalarındakı Ronald Reyqan adına raketdən müdafiə poliqonuna çatmalıdır.
ABŞ Prezidenti Donald Tramp Macarıstan Baş naziri Viktor Orbanın şəxsi müraciətinə baxmayaraq, Budapeşt üçün “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq edilən sanksiyalardan istisna etməyib. Primeinfo.az xəbər verir ki, bu barədə Tramp “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb. ABŞ lideri Orbanın ona şəxsən müraciət etdiyini təsdiqləyib: “O bizdən istisna istədi.
ABŞ Prezidenti Donald Trampın oğlu Donald Con Tramp noyabrın 12-də Ermənistana səfər edəcək. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənsitanda nəşr olunan “Past” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, səfərin məqsədləri arasında biznes maraqları və hakimiyyətin müxtəlif dairələri ilə görüşlər var.
Pentaqon Ukraynaya uzaq mənzilli “Tomahawk” qanadlı raketlərinin tədarükünü təsdiqləyib. Primeinfo.az-ın məlumatına görə, bu barədə CNN vəziyyətlə tanış olan üç Amerika və Avropa rəsmisinə istinadən məlumat yayıb. Lakin medianın məlumatına görə, son qərarın qəbulu ABŞ Prezidenti Donald Trampa verilib.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinə bir daha qayıdıb, iki ölkə liderləri – Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında 8 avqustda Ağ Evdə keçirilən görüşü xatırladıb. Primeinfo.az xəbər verir ki, Donald Tramp ABŞ-ın Bakı ilə İrəvan arasında dialoqun qurulmasında əsas rol oynadığını bildirib. O, onilliklər ərzində davam edən münaqişə zamanı heç bir tərəfin Vaşinqtondakı danışıqlarda olduğu kimi sülhə yaxınlaşa bilmədiyini vurğulayıb.
İranın ali dini lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ABŞ-ın İranın nüvə potensialını məhv etməsi ilə bağlı iddiasını rədd edib. Primeinfo.az xəbər verir ki, bu barədə, o, özünün “X” səhifəsində yazıb. “ABŞ prezidenti fəxrlə deyir ki, onlar İranın nüvə sənayesini məhv ediblər.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı fikirlərini emosional şəkildə bildirib. Priminfo.az xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. “Kifayət qədər qan tökülüb…
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşünün məhsuldar keçdiyini bildirib. Primeinfo.az Reporta istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə Ağ Evdə keçirdiyi brifinqdə danışıb. O, Trampla Ukraynanın hava hücumundan müdafiəsi də daxil olmaqla, bir sıra mövzular barədə müzakirə apardığını vurğulayıb.