ABŞ Prezidenti Donald Tramp və Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Vaşinqtonda görüşəcək. Primeinfo.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb. Görüşün cümə axşamı, yanvarın 15-də Ağ Evdə baş tutacağı bildirilir.
ABŞ Senatı müharibə səlahiyyətlərinə dair qətnaməni qəbul edib. Primeinfo.az xəbər verir ki, qətnamə layihəsində Prezidentin ABŞ Silahlı Qüvvələrindən Konqresin icazəsi olmadan Venesuela daxilində və ya ona qarşı hərbi əməliyyatlarda istifadəsi qadağan olunur. Qətnamənin lehinə 52, əleyhinə 47 senator səs verib.
ABŞ Prezidenti Donald Tramp amerikalı konqresmen Duq LaMalfanın ölümü ilə əlaqədar ölkədəki bayraqların yarıya qədər endirilməsini əmr edib. Primeinfo.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının üzvü, Respublikaçılar Partiyasının təmsilçisi Duq LaMalfa 65 yaşında vəfat edib.
ABŞ Prezidenti Donald Tramp “Boeing” şirkətinə məxsus təyyarələrin satışı sahəsindəki uğurlarına görə özünü bu sahənin kralı adlandırıb. Primeinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Nümayəndələr Palatasının respublikaçı üzvləri ilə görüşü zamanı verib. Tramp çıxışında yer üzündə hər hansı bir insandan daha çox “Boeing” satdığını iddia edib: “Mən kralam, yəqin ki, mindən çox təyyarə satmışam”.
“Venesuela lideri Nikolas Maduronu qoruyan çoxlu Kuba vətəndaşı Birləşmiş Ştatların Venesueladakı hərbi əməliyyatı zamanı həlak olub”.
ABŞ prezidenti Donald Trump Venesuela prezidenti Nikolas Maduronun ABŞ hərbi gəmisində çəkilən fotosunu paylaşıb.
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Levitt sosial şəbəkədə yazıb: “Prezident Tramp Rusiya lideri Putinlə Ukrayna ilə bağlı pozitiv söhbət aparıb”, – o qeyd edib. Daha sonra Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib ki, telefon danışığı zamanı Amerika lideri rusiyalı həmkarına Mar-a-Laqoda Ukrayna tərəfi ilə danışıqların nəticələri barədə məlumat verib.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Ukraynaya 30-50 il müddətinə təhlükəsizlik zəmanətləri verməyi təklif edib. Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bunu V.Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Ötən gün ABŞ Prezidenti ilə güclü təhlükəsizlik zəmanətlərinin olacağını təsdiqlədik.
“Zelenski ilə möhtəşəm görüş keçirdik. Bir çox şeyi müzakirə etdik”.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı onu Qazaxıstana rəsmi səfərə dəvət edib. Primeinfo.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, Tokayev Trampın liderlik keyfiyyətlərini yüksək qiymətləndirib, onun beynəlxalq hərbi münaqişələrin həllində və ABŞ-nin daxili potensialının gücləndirilməsində əldə etdiyi nəticələri vurğulayıb.