Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Donald Tramp

Tramp: "Ukrayna sülh planına 27 noyabra qədər cavab verməlidir"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna Vaşinqtonun təklif etdiyi sülh planına 27 noyabra qədər razılıq verməlidir. Primeinfo.az xəbər verir ki, Tramp bunu Fox News radiosuna müsahibəsində deyib: “Məndə çox vaxt son tarixlər olur, amma proses yaxşı gedirsə, onları dəyişmək mümkündür. Biz hesab edirik ki, bu dəfə üçün ən uyğun tarix cümə axşamıdır”, – Ağ Ev rəhbəri vurğulayıb.

Tramp Ronaldoya Ağ Evin simvolik açarını təqdim etdi  - FOTO - VİDEO 

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo arasında baş tutan görüş sosial şəbəkələrdə böyük maraq doğurub. Primeinfo.az xəbər verir ki, Ağ Evin rəsmi hesablarında yayımlanan görüntülərdə Ronaldo nişanlısı Corcina ilə dəhlizdə Trampla söhbət edərkən əks olunub. Paylaşımlarda “Two GOATS” və “CR7 x 45/47” kimi qeydlər yer alıb.

Səudiyyə şahzadəsi Trampla görüşdü

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü başlayıb. Primeinfo.az-ın məlumatına görə, bu, Səudiyyə Ərəbistanı Şahzadəsinin səkkiz ildən sonra Vaşinqtona ilk səfəridir. Görüşün gündəliyinə ABŞ-Səudiyyə Ərəbistanı təhlükəsizlik əlaqələri, o cümlədən Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına “F-35” qırıcı təyyarələrini satması, silah müqavilələri, ticarət və investisiya daxildir.

Kriştianu Ronaldu Ağ Evdə Donald Trampla görüşəcək

Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hucümçusu Kriştianu Ronaldu Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək. Primeinfo.az-ın “The Sun” nəşrinə istinadən verdiyi xəbərə əsasən, görüş noyabrın 18-də baş tutacaq. Məlumatda qeyd olunub ki, Ronaldu 2017-ci ildən ABŞ-də olmayıb.

Tramp: “Neçə arvadınız var?” - VİDEO

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Suriyanın yeni lideri Əhməd əl-Şaraa arasındakı görüşdə maraqlı anlar yaşanıb. Primeinfo.az xəbər verir ki, həmin görüntüləri “Al Arabiya” instaqramda yayımlayıb. Belə ki, yayımlanan videoda amerikalı liderin “ən yaxşı” adlandırdığı “Trump Victory 45-47” ətrini əvvəlcə öz üzərinə, daha sonra Suriya lideri və xarici işlər naziri Əsəd Həsən əl-Şeybaninin üzərinə bir neçə dəfə sıxdığı görünür.

ABŞ ilk qitələrarası ballistik raket sınağına hazırlaşır  

ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarının bərpası barədə göstərişindən sonra Vaşinqton ilk qitələrarası ballistik raket sınağınının həyata keçirilməsini planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə Newsweek nəşri məlumat yayıb. Məlumata görə, Minuteman III tipli nüvə başlığı daşıya bilən raket Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr bazasından buraxılacaq və Marşall adalarındakı Ronald Reyqan adına raketdən müdafiə poliqonuna çatmalıdır.

Tramp Orbanın xahişini rədd etdi

ABŞ Prezidenti Donald Tramp Macarıstan Baş naziri Viktor Orbanın şəxsi müraciətinə baxmayaraq, Budapeşt üçün “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq edilən sanksiyalardan istisna etməyib. Primeinfo.az xəbər verir ki, bu barədə Tramp “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb. ABŞ lideri Orbanın ona şəxsən müraciət etdiyini təsdiqləyib: “O bizdən istisna istədi.

Trampın oğlu Ermənistana gəlir

ABŞ Prezidenti Donald Trampın oğlu Donald Con Tramp noyabrın 12-də Ermənistana səfər edəcək. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənsitanda nəşr olunan “Past” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, səfərin məqsədləri arasında biznes maraqları və hakimiyyətin müxtəlif dairələri ilə görüşlər var.

ABŞ və Avropa rəsmiləri Ukraynaya “Tomahawk” tədarükünü təsdiqlədi

Pentaqon Ukraynaya uzaq mənzilli “Tomahawk” qanadlı raketlərinin tədarükünü təsdiqləyib. Primeinfo.az-ın məlumatına görə, bu barədə CNN vəziyyətlə tanış olan üç Amerika və Avropa rəsmisinə istinadən məlumat yayıb. Lakin medianın məlumatına görə, son qərarın qəbulu ABŞ Prezidenti Donald Trampa verilib.