Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: fhn

FHN gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycanda keçirilən III MDB Oyunları ilə əlaqədar yarışların keçirildiyi müvafiq məkanlarda sularda təhlükəsizlik və mümkün xilasetmə tədbirlərinin effektiv təşkili üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu barədə Primeinfo.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, xidmət tərəfindən Kür çayının Mingəçevir şəhəri sahilinə düşən hissəsində keçirilən avarçəkmə yarışlarının təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, o cümlədən xilasedici qayıqlarla xidmət aparılır.

Kürdə 1 nəfər batdı

Kür çayının Sabirabad rayonundan keçən hissəsində 1 nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Yağışdan sonra bəzi əraziləri su basıb - VİDEO

Astara rayonunun Ərçivan qəsəbəsində bəzi ərazilər subasmaya məruz qalıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. İntensiv yağışlar nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib.

FHN-dən hava ilə bağlı əhaliyə - MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkədə hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, FHN əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Bakıda binada yanğın başladı, sakinlər təxliyə edildi

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.