Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: görüş

Rusiya İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyəcək

Rusiya 19 noyabrda İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyəcək. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, əgər Stiv Uitkoff və ya Ankara nümayəndələri Zelenski ilə danışıqlarının nəticələri barədə Rusiyanı məlumatlandırmaq istəsələr, Putin söhbətə açıqdır.

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi - FOTO

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində görüş keçiriblər. Primeinfo.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsədi Xidmətin fəaliyyət istiqamətləri ilə tanışlıq, fövqəladə hallar zamanı tətbiq edilən müasir yanaşmalara dair fikir mübadiləsinin aparılması olub. Görüş zamanı Şura üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti, o cümlədən fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarına dair təqdmatı izləyiblər.

ANAMA nümayəndələri Çili səfirliyinin təmsilçisi ilə görüşüb - FOTO

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev və sədrin müavini Samir Poladov Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares ilə görüşüb. Bu barədə Primeinfo.az ANAMA-dan məlumat verilib. Bildirilib ki, görüşdə Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycanın üzləşdiyi mina problemi, habelə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə səfirlik nümayəndəsinə ətraflı məlumat verilib.

Tramp Şara ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da suriyalı həmkarı Əhməd Şara ilə görüşəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında deyilir. Təfərrüat açıqlanmayıb.

ADSEA sədrinin vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun oktyabrın 24-də Göygöl rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə Primeinfo.az ADSEA-nın mətbuat xidmətinə istinadən xəbər verir. Qeyd edilib ki, qəbul oktyabrın 31-də keçiriləcək.