Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin, sədrlərinin və sədr müavininin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. Primeinfo.az xəbər verir ki, Sərəncama əsasən aşağıdakı təyinatlar olub: Apellyasiya instansiyası məhkəmələri üzrə: 1.1. Ələddin Tofiq oğlu Məcidov Şəki Apellyasiya Məhkəməsi sədrinin müavini; 1.2.
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə İlham Əliyev arasında Düşənbədə keçirilən görüş konstruktiv şəkildə başa çatıb və iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. Kremlin sözçüsü qeyd edib: “Biz iki lider arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk.
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir. Bunu Serbiya parlamentinin sədr müavini Yovan Yaniç Bakıda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Hazırda mürəkkəb çağırışların mövcud olduğu bir dünyada yaşayırıq. Məhz Konstitusiya dövlət və xalq arasında körpü rolunu oynayaraq, təməl funksiyasını yerinə yetirir”.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Cəbrayılın Horovlu kəndində sakinlərlə görüşüb. Primeinfo.az-ın məlumatına görə, kənd sakinlərindən biri ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb: Prezident İlham Əliyev: İndi gənclər də darıxmamalıdır burada. Çünki birincisi, doğma torpaqdır.
Prezident İlham Əliyev Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə instaqram hesabında paylaşım edib.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub. Primeinfo.az xəbər verir ki, dövlət başçısına görülmüş işlər barədə məlumat verildi. Bildirilib ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib.
Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.