"ABŞ-nin məqsədi İran neftinə sahib olmaqdır" - SON DƏQİQƏ - VİDEO
“Düşünürəm ki, ABŞ-nin məqsədi tamamilə İran neftinə sahib olmaq və onu öz istədiyi kimi satmaqdır”.
“Düşünürəm ki, ABŞ-nin məqsədi tamamilə İran neftinə sahib olmaq və onu öz istədiyi kimi satmaqdır”.
“İlk növbədə, biz regionu yeni münaqişə və ya xaosa sürükləmədən ABŞ-la İran arasında gərginliyi azaltmaq üçün əlimizdən gələni edirik.
İran ABŞ ilə nüvə danışıqlarının təxirə salınması xəbərlərini təkzib edib. Primeinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkə heabında paylaşım edib. O bildirib ki, ABŞ ilə nüvə danışıqlarının cümə günü Maskatda keçirilməsi planlaşdırılır.
Rusiyanın Soçi şəhərindən və İranın paytaxtı Tehrandan Ermənistanın İrəvan şəhərinə uçuşlar ləğv olunub. Primeinfo.az bildirir ki, Ermənistan mətbuatının öz mənbələrinə istinadən yaydığı xəbərə görə, bu barədə məlumat İrəvanın Zvartnots Beynəlxalq Hava Limanının onlayn uçuş lövhəsində öz əksini tapıb. Bildirilib ki, “Flysepehran” şirkətinin İrandan Ermənistana, “Azimut” şirkətinin də Soçidən İrəvana uçuşları dayandırılıb.
“Zənnimcə, mollalar hakimiyyəti qoruyub saxlamaq üçün çox ciddi güzəştlərə gedəcək. Amma ABŞ tərəfi bununla belə İrandan əl çəkmək niyyətində deyil”.
İran ABŞ-la danışıqların formatını ikitərəfli etməyi və görüşlərin keçirildiyi məkanı Türkiyədən Omana köçürməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb. “İranlılar danışıqların İstanbuldan Omana köçürülməsini istəyirlər.
ABŞ hərbçiləri Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurub. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, İran istehsalı olan “Şahed-139” pilotsuz aparatı təyyarədaşıyan gəmiyə doğru uçarkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı tərəfindən məhv edilib.
İsrail tərəfi hesab edir ki, ABŞ ilə İran arasında əldə olunacaq hər hansı razılaşma İslam Respublikasının ballistik raketlərdən tam imtina etməsini nəzərdə tutmalıdır. Primeinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, Tehran bu şərtlə razılaşmayacağı təqdirdə İsrail müstəqil şəkildə hərəkət etməyə və İsrail Müdafiə Qüvvələrinin qüvvələrini cəlb edərək zərbə endirməyə hazırdır.
“Əgər bir insan ədaləti müdafiə etmirsə, o, ümumiyyətlə insan deyil. İnsanın borcu ədalətli mövqe tutmaq və ədalətli mövqe tutanı müdafiə etməkdir”.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İranın daxili siyasi proseslərinə xarici müdaxilə Yaxın Şərqdə təhlükəsizliyə ciddi mənfi təsir göstərə bilər. Nazirliyin açıqlamasında vurğulanır ki, İran İslam Respublikasına qarşı hər hansı yeni təzyiq və zərbə cəhdləri qəbuledilməzdir. Primeinfo.az Milli.az-a istinadla xəbər verir ki, açıqlamada bildirilib ki, xaricdən təşviq olunan iğtişaşların 2025-ci ilin iyununda İrana qarşı həyata keçirilən hər hansı təcavüzün təkrarlanması üçün bəhanə kimi istifadə olunması təhlükəli nəticələrə yol aça bilər və bu, yalnız regional deyil, qlobal təhlükəsizlik üçün də risklər yaradır.