Bu gün İraq səfirliyinin müvəqqəti işlər vəkili Bəhreyn Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Bəhreyn Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, Bəhreyn Xarici İşlər Nazirliyi İraq ərazisindən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı həyata keçirilən “zərərli dron hücumlarını” kəskin şəkildə pisləyib.
İraq parlamentində keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb. Kürdüstan Vətənpərvərlər İttifaqının (PUK) namizədi, kürd əsilli Nizar Amidi ölkənin yeni prezidenti seçilib.
İraqın aviasiya orqanları ölkənin hava məkanının bağlı qalma müddətini ən azı bazar gününə qədər uzadıb. Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Hava məkanının bağlı qalma rejimi 22 mart saat 09:00-a qədər uzadılıb”, – o deyib.
ABŞ İraqdakı konsulluq xidmətlərini dayandırıb. Primeinfo.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının İraqdakı səfirliyitəhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən vətəndaşları Bağdaddakı səfirliyə və ya Amerika Birləşmiş Ştatlarının Ərbildəki Konsulluğuna getməmək barədə xəbərdar edib. Bəyanatda qeyd olunur ki, 2 mart tarixindən etibarən bütün əməkdaşlara olduqları yerdə qalmaları tapşırılıb və adi Amerika vətəndaşlarına göstərilən xidmətlər də daxil olmaqla, konsulluq xidmətləri müvəqqəti olaraq dayandırılıb.
İranın ali lideri Ayətullah Əli Xamneyinin vəfatının rəsmi təsdiqindən sonra İraqda üçgünlük matəm elan edilib.
“Tehran özünü müdafiə etməyə davam edəcək”.
Amerikanın İrana hücum ehtimalının artması ilə eyni vaxtda İran hökuməti bölgədəki proksi qüvvələrinin dəstəyindən arxayın olmağa və onları yenidən meydana gətirməyə çalışır. Primeinfo.az Gunaz.tv-yə istinadən xəbər verir ki, İraqın SEPAH-a bağlı “Əl-Nücəba” hərəkatının icra şurasının rəhbəri Nazim əl-Səidi qrupun İraqın bütün əyalətlərində könüllülərin cəlb edilməsi prosesinə başladığını elan bildirib. O, açıqlamasında Vaşinqtonla hər hansı bir əlaqəni “təkrarlanan aldatma” kimi xarakterizə edərək İrana və ya onun rəhbərlik strukturuna qarşı hər hansı bir hücumun gözlənilməz cavabla qarşılanacağını iddia edib.
İrandan İraqa təbii qazın nəqli tam dayandırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə İraqın Energetika Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, tədarükün dayandırılmasına səbəb İran obyektlərində yaranmış fövqəladə vəziyyətdir və Tehran bu barədə Bağdadı rəsmi şəkildə məlumatlandırıb.
İraqın rabitə naziri, İraq-Azərbaycan birgə komissiyasının sədri Xəyyam əl-Yəsri iki ölkə arasında imzalanmış sazişlərin və anlaşma memorandumlarının həyata keçirilməsinin gedişini müzakirə etmək üçün Azərbaycana rəsmi səfərə gəlib.
Dekabrın 4-də Bakıda Azərbaycan və İraq arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclası keçiriləcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Azərbaycan tərəfindən komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İraq tərəfindən isə rabitə naziri Xəyyam Əl-Yəsridir.