Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İraq

Maykl Riqas Türkiyə, İraq və İsrailə səfər edəcək

ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Maykl Riqas noyabrın 27-dən dekabrın 5-nə qədər Türkiyə, İraq və İsraili ziyarət edəcək. Primeinfo.az, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib. Riqas Türkiyədə, Birinci Nikeya Şurasının 1700-cü ildönümü münasibətilə keçiriləcək mərasimdə ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

İraqda parlament seçkiləri ərəfəsində sükut günü

İraqda Nümayəndələr Şurasına (parlament) 2005-ci ildən bəri sayca altıncı seçkilər ərəfəsində sükut günü başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə İraqın Müstəqil Seçki Komissiyası məlumat yayıb. Seçkilər noyabrın 9-da başlayacaq və ayın 11-nə qədər davam edəcək.

İraq və Türkiyə arasında mühüm müqavilə imzalandı

İraq və Türkiyə arasında su ehtiyatları sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Primeinfo.az xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Sudani deyib. O bildirib ki, sənəd su böhranının davamlı həllini təklif edir və ölkələr arasında əlaqələri gücləndirir.

Prezident İlham Əliyev həmkarlarını təbrik etdi

  Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, 3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk.