İsrail ordusu İranda daha 1-2 həftəlik hərbi əməliyyatlar planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. İsrail ordusu bu müddət ərzində İranda daha minlərlə hədəfi vurmağı planlaşdırır.
İsrail ordusu son iki gündə Livanda Hizbullahın 250-dən çox hədəfinə zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü general-mayor Effie Defrin bildirib. O qeyd edib ki, İsrail “təhlükə aradan qaldırılana qədər” Hizbullah hədəflərini vurmağa davam edəcək.
İsrail qoşunları Livanla sərhəddən 6 kilometr məsafədə yerləşən Xiyam şəhərinə daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə Livan televiziyası məlumat yayıb. Məlumata görə, İsrail ordusu Livan-İsrail sərhədindən təxminən altı kilometr məsafədə yerləşən Livanın cənubundakı Xiyam şəhərini ələ keçirib.
İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Suxmur və Yoxmur şəhərlərində “Hizbullah”ın hərbi hədəflərinə zərbələr endirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Al Jadeed” məlumat yayıb. Məlumata görə, təyyarələr Bekaa vadisinin qərbindəki Məşqara şəhərinə də iki hava hücumu həyata keçirib.