Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: məhkəmə

Ərəstun Oruclunun məhkəməsi başlayır

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun məhkəməsi başlayır. Primeinfo.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası 5 yanvara təyin edilib.

Altay Göyüşovun məhkəməsi başlayıb

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 7-nə təyin edilib.

"Şərurlu İsfəndiyar"a bəraət verilib

  “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi yekunlaşıb. Primeinfo.az-ın məlumatına görə, Binəqdədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ona bəraət verilib. Qeyd edək ki, İsfəndiyar Axundovun “Proqress 2016 MTK”nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırdığı iddia olunurdu.

Xankəndi Məhkəməsinin yeganə qadın hakimi odur

Prezidentin Sərəncamı ilə Xankəndi Şəhər Məhkəməsinə də yeni hakim təyin edilib. Primeinfo.az-ın məlumatına görə, gənc hüquqşünas Səkinə Niyazova hakimlik fəaliyyətinə Xankəndi şəhərindən başlayacaq. Bu təyinatla işğaldan azad olunmasından sonra fəaliyyətini bərpa edən Xankəndi Şəhər Məhkəməsində hakimlərin sayı iki olub.

İnternet televiziyasının rəhbərinin cəzası azaldılıb

“Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimovun barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Kassasiya şikayəti qismən təmin edilib.

İlqar Hacıyevin məhkəməsi başlayır

İlqar Hacıyevin məhkəməsi başlayır. Primeinfo.az xəbər verir ki, onunla bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş baxılması üçün hakim Hafiz Kamranovun icraatına verilib.