Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: məhkəmə

Ermənistan vətəndaşlarının məhkəmə prosesi yekunlaşıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 31-də davam etdirilib. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı - VİDEO

Monteneqronun paytaxtı Podqoritsada saxlanılan Azərbaycan vətəndaşı Yaqub Qurbanov sərbəst buraxılıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Qeyd ki, Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub.

Prezident bu məhkəmələrə hakimlər və sədrlər təyin etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin, sədrlərinin və sədr müavininin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. Primeinfo.az xəbər verir ki, Sərəncama əsasən aşağıdakı təyinatlar olub: Apellyasiya instansiyası məhkəmələri üzrə: 1.1. Ələddin Tofiq oğlu Məcidov Şəki Apellyasiya Məhkəməsi sədrinin müavini; 1.2.

Azər Maqsudova hökm oxundu

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudova hökm oxunub. Primeinfo.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə o, 1 il 6 ay müddətə avtomobil idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. A.Maqsudov cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək.

66 yaşlı qadın olmayan evini satmaq istədi - Həbs olundu

Dələduzluqda ittiham olunan 66 yaşlı qadın həbs edilib. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Nərimanov rayon sakini Ləman Məmmədovaya (adlar şərtidir) hökm oxunub. O, iş yoldaşı Asim Quliyevə Nərimanov ərazisindəki binalardan birində mənzil satacağını bildirərək ondan 66 100 manat alıb.

Lizinq ödənişi ilə bağlı yeni QƏRAR

Ali Məhkəmənin Kommersiya kollegiyası lizinq müqaviləsi əsasında istifadə olunan avadanlığın məhv olması ilə bağlı mübahisə üzrə mühüm qərar qəbul edib. Primeinfo.az xəbər verir ki, qərarla hansı hallarda lizinq alan şəxsin bu əmlak üçün lizinq ödənişlərini davam etdirmək öhdəliyi daşımadığı göstərilib. Bildirilib ki, lizinq predmetinin lizinq alanın iradəsindən və nəzarətindən kənar, obyektiv səbəblər, o cümlədən müharibə şəraiti nəticəsində məhv olduğu hallarda lizinq alan şəxs bu əmlak üçün lizinq ödənişlərini davam etdirmək öhdəliyini daşımır.

Məhkəmə həbsdə olan jurnalistlə bağlı qərar verdi

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə edilən müraciətə baxılıb. Primeinfo.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmə müraciəti təmin etməyib.

Adnan Əhmədzadənin vaxtı bitdi - Həbs qərarı qüvvədə qaldı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunan iş adamı Adnan Əhmədzadə həbs qərarından apellyasiya şikayəti verməyib. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun bu hüququndan istifadə etmə müddəti artıq bitib. Qanunvericiliyə əsasən, məhkəmənin həbs qətimkan tədbiri seçilməsi barədə qərarından 3 gün ərzində apellyasiya şikayəti vermək mümkündür.