Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: məhkəmə

Qonşularını öldürüb meyitini kanala atan ata-oğula - Bu cəza verildi

Qonşularını öldürüb meyitini kanala atan ata-oğula - Bu cəza verildi

Saatlı rayonunda 66 yaşlı kişini qətlə yetirib meyitini su kanalına atan şəxslərin məhkəməsi yekunlaşıb. Primeinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qətlinə görə qonşusu 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu 2005-ci il təvəllüdlü Elçin Abbasova hökm oxunub. Bildirilib ki, hadisə tamah niyyəti ilə törədilib.

Vardanyanın cinayəti üzrə məhkəmə: zərərçəkənlər ifadə verib

Vardanyanın cinayəti üzrə məhkəmə: zərərçəkənlər ifadə verib

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmə AXCP sədrinin müşaviri barədə qərar verdi

Məhkəmə AXCP sədrinin müşaviri barədə qərar verdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxıb. Məhkəmə şikayəti təmin etməyib.

Tulin Ələkbərova və tələbəsi həbs edildi

Tulin Ələkbərova və tələbəsi həbs edildi

İki gün əvvəl quldurluq şübhəsi ilə saxlanılan kikboksçu Tulin Ələkbərova və tələbəsi Abbas Rəhimli məhkəməyə çıxarılıb. Primeinfo.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə onların hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müəllim və tələbə birbaşa istintaq təcridxanasına aparılıblar.

Ruben Vardanyan məhkəməsi: zərərçəkmişlər ifadə verdi

Ruben Vardanyan məhkəməsi: zərərçəkmişlər ifadə verdi

  Azərbaycanın Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 2-də davam etdirilib. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s.

Ərəstun Oruclu işi üzrə qiyabi istintaq tamamlandı

Ərəstun Oruclu işi üzrə qiyabi istintaq tamamlandı

Xaricdə yaşayan siyasi şərhçi Ərəstun Oruclunun cinayət işi üzrə qiyabi icraat üzrə ibtidai istintaq başa çatıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb. Bildirilib ki, onun barəsində olan cinayət işi üzrə qiyabi ibtidai istintaq dekabrın 2-də tamamlanıb.

“Meydan” TV işi üzrə məhkəmə başlayır

“Meydan” TV işi üzrə məhkəmə başlayır

“Meydan” TV işi üzrə məhkəmə başlayır. Primeinfo.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Aytən Əliyevanın icraatına verilib.

Əli Kərimli müayinə olunub, təkadamlıq kamerada saxlanılır

Əli Kərimli müayinə olunub, təkadamlıq kamerada saxlanılır

Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib. Primeinfo.az Gununsesi.info-ya istinadən xəbər verir ki, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib. Onun təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.