Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ogurluq

Binədə 4 marketdən oğurluq edilib

Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum şəxs müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində yerləşən 4 marketi talayıb. Primeinfo.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı N.Cəlilov müəyyən olunaraq saxlanılıb.

Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurlayıb

Paytaxtın Qaradağ rayonunda oğurluq hadisələri baş verib. Primeinfo.az xəbər verir ki, Ələt qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin “Mitsubishi” markalı avtomobilindən 1060 manat pulu talanıb. Bu barədə zərərçəkmiş polis orqanına məlumat verib.

Sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanıldı

Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. Modern.az-ın məlumatına görə, günorta saatlarında naməlum şəxs sərnişin qismində 54 saylı xətt üzrə hərəkət edən avtobusa daxil olaraq sürücünün mobil telefonunu talayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı S.Quluzadə müəyyən olunaraq saxlanılıb.

Gəncədə oğurluq edən şəxs özünə xəsarət yetirib

Gəncədə 31 yaşlı kişi başından xəsarət alıb. Primeinfo.az xəbər verir ki, 1994-cü il təvəllüdlü O.Kulaib başının çapılmış yarası və travması ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilib.

Şəhid bulağından və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı, eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayıb.

Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı

Paytaxtın Nəsimi rayonunda yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, həmin evdə usta kimi işləyən şəxs ev sahibinin çantasından 1450 manat və 4300 dollar oğurlayıb.

Bakıda 48 ədəd kombi oğurlayan şəxsi saxlanılıb

Paytaxtın Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı M.Mahmudov müəyyən olunaraq saxlanılıb.

Bu dəfə üzüyü oğurlandı

Belçikanın Jenap şəhərindəki “Napoleonun son qərargahı” muzeyi qarət edilib. Primeinfo.az xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb. Məlumata görə, iki cinayətkar binaya pəncərədən daxil olub.

Bakıda mağazalardan oğurluq edilib

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb. Primeinfo.az-ın məlumatına görə, naməlum şəxs gecə saatlarında iki mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumilikdə 2900 manat dəyərində ziyan vurub. Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub.