Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: pakistan

Pakistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib - FOTO

Pakistanın paytaxtı İslamabadda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. Azərbaycanın Pakistandakı səfirliyindən Primeinfo.az-a verilən məlumata görə, Pakistan Senatının sədri Seyid Yusuf Raza Gilaninin əsas qonaq qismində təşrif buyurduğu qəbulda federal nazirlər, senatorlar, Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər. Səfirliyin təşkil etdiyi tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Pakistan himnləri səsləndirilib və Azərbaycanın Zəfərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

İstanbulda Pakistan ilə Əfqanıstan arasında atəşkəs razılaşdırılıb

Əldə olunan atəşkəs razılaşmasından sonra Pakistan ilə Əfqanıstanın nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşləri başa çatıb. Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda atəşkəsin davam etdirilməsi barədə razılıq əldə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Pakistan Senatının sədri Azərbaycana gəlib

Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında Pakistan Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

Əfqanıstan-Pakistan İstanbulda danışıqlar aparır

Əfqanıstan və Pakistan nümayəndələri sərhəd böhranının həlli yollarını və oktyabrın 19-da Dohada əldə edilən atəşkəsin qorunması üçün şərait yaratmaq məqsədilə İstanbulda görüş keçirirlər. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi Əfqanıstan hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb. Məlumata görə, bu görüşdə Əfqanıstan nümayəndə heyətinə daxili işlər nazirinin müavini Hacı Nəcib rəhbərlik edir.

Pakistan Senatının sədri  Azərbaycana gəlir

Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani Azərbaycana səfər edəcək. Primeinfo.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, sədr Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə Bakıya oktyabrın 29-da gələcək. Səfər çərçivəsində onun həmin gün Milli Məclisin keçirəcəyi Azərbaycan Konstitusiyanın 30-cu ildönümünə həsr olunan beynəlxalq konfransda iştirakı nəzərdə tutulub.

Pakistan və Əfqanıstan Türkiyədə görüşəcək

Pakistan və Əfqanıstan nümayəndə heyətləri gələn həftə sonu Türkiyədə danışıqları davam etdirəcək. Primeinfo.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib. “Oktyabrın 25-də İstanbulda nümayəndə heyətləri yenidən görüşəcək və biz bütün detalları müzakirə edəcəyik”, – Asif bildirib.

Pakistan və Əfqanıstan atəşkəs barədə razılığa gəlib

Pakistan və Əfqanıstan arasında Dohada keçirilən danışıqlar zamanı dərhal atəşkəsin elan olunması barədə razılıq əldə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə bəyanat Qətər Xarici İşlər Nazirliyinin “X” hesabında yer alıb. “Danışıqlar zamanı tərəflər dərhal atəşkəs barədə razılığa gəliblər”, – bəyanatda qeyd olunur.