“Bu çətin dövrdə Pakistanla həmrəyliyinizə görə təşəkkür edirik. Terrorizmə qarşı qətiyyətimiz sarsılmaz olaraq qalır”. Primeinfo.az xəbər verir ki, bunu Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan XİN-in İslamabadda baş vermiş terror aktı ilə bağlı başsağlığı mesajına cavab olaraq öz “X” hesabında yazıb.
Azərbaycan XİN Pakistana başsağlığı verib.
Pakistanın paytaxtı İslamabadda partlayış olub. Primeinfo.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var. Partlayış dini ayinin icra olunduğu məkanda baş verib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov Pakistanda səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistan donanmasının “X” hesabında məlumat verilib. İslamabad Hərbi Hava Qüvvələrinin qərargahında olan Şahin Məmmədov Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Navid Əşrəflə görüşüb.
Pakistan polisi və hərbçiləri təxminən 50 nəfərin ölümünə səbəb olan bir sıra koordinasiyalı silahlı və bombalı hücumlardan sonra başlayan antiterror əməliyyatları çərçivəsində azı 145 terrorçunu zərərsizləşdirib. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, cənub-qərbi Bəlucistanın bir çox yerində başlayan və beş qadın da daxil olmaqla 31 mülki şəxsin və 17 təhlükəsizlik işçisinin ölümünə səbəb olan hücumlardan bir gün sonra – fevralın 2-də antiterror əməliyyatı keçirilib. Bu barədə Pakistanın “Dawn” qəzeti yazıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.
Pakistan və İranın xarici işlər nazirləri, Məhəmməd İshaq Dar və Abbas Araqçi telefon danışığı aparıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi “X” platformasında paylaşım edib. Məlumata görə, danışıqlar zamanı regional və beynəlxalq aktual məsələlər müzakirə olunub.
Pakistanda toy mərasimində kamikadze-terrorçu özünü partladıb. “TodayBaku” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı azı 5 nəfər ölüb, onlarla insan yaralanıb. Hadisənin ölkədəki dini məzhəb nümayəndələrindən birinə qarşı yönəldiyi bildirilir.
Türkiyə müdafiə və təhlükəsizlik sahələrində Pakistan və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq platformasının formalaşdırılmasına çalışır. Primeinfo.az “Hürriyyət” qəzetinə istinadla xəbər verir ki, bu təşəbbüslə bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib. Nəşrin yazdığına görə, regionda sabitliyin möhkəmləndirilməsi və kənar müdaxilələrin qarşısının alınması məqsədi daşıyan birgə mexanizmlərin yaradılmasına səy göstərilir.
Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılışı olub.