Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın iqtisadiyyat naziri Mikayil Cabbarovla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanın Pakistana 2 milyard dollar dəyərində investisiyasının reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.
Pakistanın milli aviadaşıyıcısı, dövlətə məxsus müflis şirkət “Pakistan International Airlines” (PIA) hərrac yolu ilə 135 milyard Pakistan rupisi (təxminən 482,3 milyon ABŞ dolları) müqabilində satılıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, hərracda üç iddiaçı iştirak edib.
Korrupsiya cinayətində ittiham olunan Pakistanın sabiq Baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibiyə 17 il həbs cəzası verilib. Primeinfo.az “Al Arabiyya”ya istinadən xəbər verir ki, bu barədə İmran Xanın vəkili məlumat verib. O bildirib ki, sabiq Baş nazir elan olunmuş ittihamda özünü təqsirli bilməyib.
Pakistan Rusiya üçün Böyük Britaniyadan daha böyük təhlükə yarada bilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Pakistan və Əfqanıstan arasında münaqişənin dayandırılması üçün hazırlanan dəstək mexanizminə töhfə verməyə hazır olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, məlumatı Türkiyə prezidentinin administrasiyası yayıb. R.T.Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə Aşqabadda “Beynəlxalq sülh və etimad ili – 2025” forumu çərçivəsində keçirilən görüşdə deyib: “Pakistan və Əfqanıstan arasında atəşkəsin uzadılması məmnunluq doğurur.
Milli dayanıqlı inkişaf gündəliyi 2030-cu ilədək daha ədalətli və firavan dünya nizamı qurmağa yönəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif Türkmənistan neytralığının 30-cu ildönümünə həsr olunmuş Beynəlxalq Sülh və Etimad Forumunda çıxışı zamanı bildirib. Baş nazirin sözlərinə görə, sosial-iqtisadi inkişaf və əhalinin rifahının yüksəldilməsi Pakistan hökumətinin əsas prioritetidir.
Azərbaycanın bu mühüm tədbirə ev sahibliyi etməsi Pakistanı qardaş ölkə kimi həqiqətən qürurlandırır. Bakı bu gün İslam dünyasının mədəni, yaradıcı və intellektual görüş mərtəbəsinə çevrilərək, qarşılıqlı əməkdaşlığımıza yeni nəfəs verir. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimində Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Khan Khichi deyib.
Pakistan 2027-ci ilə qədər nəzərdə tutulan Qətər və İtaliyadan 45 partiya maye qaz alışı üzrə razılaşmanı ləğv edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Daily Pakistan Online” “Geo News”a istinadən məlumat yayıb. Bildirilib ki, Pakistan Qətərdən 24, İtaliyadan isə 21 partiya maye qaz alışından imtina edib.
Pakistan və Əfqanıstan nümayəndələrinin sərhəddəki vəziyyətin tənzimlənməsi ilə bağlı növbəti görüşü yenə də heç bir nəticə verməyib. Primeinfo.az xəbər verir ki, bu barədə Dawn qəzeti mənbələrə istinadən məlumat yayıb. Noyabrın 30-da Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Ər-Riyadda keçirilən qapalı danışıqlar iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişlə nəticələnməyib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın federal ombdusmanı Ecaz Əhməd Qureşini qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan-Pakistan münasibətlərinin dostluq və qardaşlıq prinsipləri əsasında dinamik inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası strateji tərəfdaşlığın təşəkkülündə iki ölkənin liderləri arasında yüksək səviyyəli təmasların müstəsna rolu vurğulanıb.