
Primeinfo.az verir ki, bu ehtimalla Financial Times (FT) qəzeti çıxış edib.
Qəzet Rubionun Amerika nümayəndə heyətinin İslamabada hər iki səfərində iştirak etmədiyini vurğulayıb. Qəzetin Harvard Universitetinin professoru Stiven Uolta istinadən verdiyi məlumata görə, dövlət katibi sadəcə adının İranla münaqişədəki məğlubiyyətlə əlaqələndirilməsini istəmir.
Son həftələrdə Rubionun Respublikaçılar Partiyası daxilində nüfuzu böyük sürətlə artır. Onun Donald Trampdan sonra partiyanın prezidentliyə namizədi olmaq şanslarının da sürətlə gücləndiyi keçirilən sorğulardan hiss olunur.
Koordinasiya etdiyi Venesuela əməliyyatındakı uğurlu nəticə, həmçinin Kubaya qarşı addımların müsbət nəticələr verməsi Rubionun nüfuzunun artmasının əsas səbəbləri sırasındadır.