Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: pakistan

Son dəqiqə: Pakistanın ordu komandanı İranın XİN rəhbəri ilə görüşüb - VİDEO

Son dəqiqə: Pakistanın ordu komandanı İranın XİN rəhbəri ilə görüşüb - VİDEO

İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistana rəsmi səfəri çərçivəsində İslamabadda mühüm və strateji əhəmiyyətli bir görüş baş tutub. Primeinfo.az xəbər verir ki, İranın baş diplomatı Pakistan Silahlı Qüvvələrinin komandanı general Asim Munir ilə bir araya gələrək regionda artan hərbi-siyasi gərginliyi müzakirə edib. Görüş zamanı tərəflər regional təhlükəsizlik, sərhəd nəzarəti və terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.

Əraqçi Pakistana səfər edəcək

Əraqçi Pakistana səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən heyət Pakistana səfər edəcək. Primeinfo.az-ın məlumatına görə, bu barədə IRNA məlumat yayıb. Məlumata görə, Abbas Əraqçi bu gün axşam saatlarından etibarən İslamabad, Məsqət və Moskvanı əhatə edən regional səfərə yola düşəcək.

Tramp Pakistana təşəkkür edib

Tramp Pakistana təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlarda vasitəçiliyə görə Pakistana təşəkkür edib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb. O, Hörmüz boğazının atəşkəsin sonuna qədər ticarət gəmiləri üçün açılmasına görə Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan ordusunun komandanı feldmarşal Asim Munirə təşəkkür edib və onları “fantastik insanlar” adlandırıb.

İranın xəbərdarlığından sonra Pakistan əməliyyat keçirib

İranın xəbərdarlığından sonra Pakistan əməliyyat keçirib

İran İslamabadda keçirilmiş danışıqlardan sonra İsrailin sui-qəsd planlaşdıra biləcəyini bildirdikdən sonra Pakistan onları qorumaq üçün genişmiqyaslı əməliyyat həyata keçirib. Primeinfo.az xəbər verir ki “Reuters” bu barədə üç mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələrinin qırıcıları ötən həftəsonu ABŞ-la nəticəsiz başa çatan sülh danışıqlarından sonra İran nümayəndə heyətini ölkələrinə qədər müşayiət edib.

Pakistan ordusunun komandanı Qalibafla İran-ABŞ danışıqlarını müzakirə edib

Pakistan ordusunun komandanı Qalibafla İran-ABŞ danışıqlarını müzakirə edib

Pakistan ordusunun komandanı feldmarşal Asim Munir Tehranda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla danışıqlar aparıb. Primeinfo.az-ın məlumatına görə, tərəflər İran-ABŞ danışıqlarını müzakirə edib. Qeyd edək ki, Asim Munir İranla ABŞ arasında vasitəçilik səyləri çərçivəsində dünən yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri kimi İrana gəlib.

Pakistan nümayəndə heyəti bu gün Tehrana gedir

Pakistan nümayəndə heyəti bu gün Tehrana gedir

Pakistan nümayəndə heyəti bu gün Tehrana gedəcək. Primeinfo.az-ın məlumatına görə, bu barədə bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib. “İranla Pakistan arasında danışıqlar davam edir.

Pakistan ordusunun komandanı ABŞ-ın mesajını İrana çatdırmaq üçün Tehrandadır

Pakistan ordusunun komandanı ABŞ-ın mesajını İrana çatdırmaq üçün Tehrandadır

Pakistan ordusunun komandanı Asim Munir İrana gedib. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, məqsəd ABŞ-ın mesajını rəsmi Tehrana çatdırmaq, eyni zamanda, danışıqların ikinci raundunun planlaşdırılmasıdır. Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.