İranın xarici işlər naziri Abbas Əraqçi avqustun 7-də Pakistana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistanın “The Nations” nəşri məlumat yayıb. Bildirilib ki, Əraqçi səfər çərçivəsində İslamabadda Pakistan rəsmiləri ilə görüşlər keçirəcək.
Pakistanda Kabal şəhərində polis bölməsinin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan və Pakistan Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Asim Munirlə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı son regional hadisələr, eləcə də regionda gərginliyin və qeyri-sabitliyin artma riski müzakirə edilib. Əraqçi Amerika ordusu tərəfindən atıla biləcək addımlar barədə xəbərdarlıq edib və İranın milli suverenliyi, ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə etməyə, eləcə də istənilən təxribata qətiyyətlə cavab verməyə tam hazır olduğunu vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Pakistan İslam Respublikasının şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində təhlükəsizlik məntəqəsini hədəf alan, nəticədə bir neçə hərbçinin və bir mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən terror aktını pisləyib. Primeinfo.az xəbər verir ki, bu barədə İƏT-in yaydığı bəyanatda deyilir. “Qurbanların ailələrinə, eləcə də Pakistan İslam Respublikasının hökumətinə və xalqına səmimi başsağlığı və həmrəylik ifadə edən, yaralananlara isə tezliklə sağalmalarını arzulayan Baş Katiblik terrorizm və zorakılıqla mübarizədə Pakistanla həmrəyliyini bir daha təsdiqləyib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi …
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin əməkdaşıdır. Primeinfo.az “Dawn”a istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidmətinin məlumatında deyilir. Mətbuat xidmətinin məlumatına görə, blokposta hücum cümə günü səhər saatlarında baş verib.
Pakistanın xarici işlər naziri İshaq Dar bazar günü iranlı həmkarı Abbas Əraqçi ilə danışıb. Primeinfo.az Pakistan mediasına istinadla xəbər verir ki, danışıq əsnasında Vaşinqton ilə Tehran arasında yeni düşmənçiliklər fonunda son regional inkişaflar müzakirə edilib. Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, İshaq Dar telefon danışığında tərəfləri iyun ayında imzalanan İslamabad Anlaşma Memorandumuna əməl etməyə, gərginliyi azaltmağa və təmkinli olmağa çağırıb.
Ermənistan Pakistana ilk səfirini təyin edib. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, Ermənistan Prezidenti bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Karen Qriqoryan Ermənistanın Pakistanda səfiri təyin edilib.
İran və ABŞ arasında texniki danışıqların növbəti raundu, çox güman ki, Pakistanda keçiriləcək, lakin İsveçrədə keçirilməsi də istisna olunmur. Primeinfo.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Pakistanın “Dawn” portalı məlumat yayıb. “Texniki danışıqların təşkili üçün iki variant var – İslamabad və Bürgenstok.
ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Al Hadath” telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasının dondurulmuş aktivlərinin sərbəst buraxılması, eləcə də nüvə proqramı məsələlərinin müzakirə edilməsi planlaşdırılır.