Xəbər axtarın

Son axtarış nəticələri:

İmran Xan müayinədən sonra həbsxanaya geri qaytarılıb

21.08.2026 16:10

İmran Xan müayinədən sonra həbsxanaya geri qaytarılıb

Pakistanın keçmiş Baş naziri İmran Xan xəstəxanada müayinə olunduqdan sonra həbsxanaya qaytarılıb.

Primeinfo.az Geo TV-yə istinadən xəbər verir ki, onun oftalmoloq, kardioloq və terapevt tərəfindən müayinə olunduğu və səhhəti ilə bağlı vəziyyətinin qaydasında olduğu bildirilib.

İmran Xan müayinə başa çatdıqdan sonra həbsxanaya qaytarılıb.

Məlumata görə, keçmiş Baş nazirin müayinəsi Pakistan Tibbi Elmlər İnstitutunda “Şifa” beynəlxalq xəstəxanasının həkimlərinin iştirakı ilə aparılıb.

Qeyd edək ki, bundan əvvəl Pakistan Ali Məhkəməsi İmran Xanın müvəqqəti olaraq xəstəxanada saxlanılması ilə bağlı qərar qəbul edib.

73 yaşlı keçmiş Baş nazirin övladları atalarının səhhətinin getdikcə pisləşdiyini və sağ gözünün görmə qabiliyyətinin ciddi dərəcədə zəiflədiyini bildirirlər.

Paylaş: