Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir.
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir.
Pakistanda təhsil mərkəzinin damı uçub, nəticədə 14 uşaq ölüb. Primeinfo.az xəbər verir ki, bədbəxt hadisə Lahor vilayətinin Kahna bölgəsində baş verib. Pakistanın Fövqəladə Hallara Reaksiya Xidmətinin nümayəndəsi Faruk Əhmədin sözlərinə görə, təxminən 10 yaralı var və onların vəziyyəti kritikdir.
İran Prezidenti Məsud Pezeşkian Pakistan rəsmiləri ilə görüşlər keçirmək məqsədilə yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri kimi İslamabada yola düşüb. Primeinfo.az xəbər verir ki, Pezeşkian son müharibədə həlak olanların, xüsusilə də ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirdiyi bildirilən Minab məktəbinin 168 şagirdinin xatirəsini anmaq məqsədilə “Minab-168” adlandırılan xüsusi təyyarə ilə Pakistana uçub. Səfər çərçivəsində İran prezidenti Pakistan rəhbərliyi ilə ikitərəfli münasibətlər, regional əməkdaşlıq, təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcək.
İran Prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbib Abbasi məlumat verib. Abbasi İran Prezidentin səfərinin sabah baş tutacağını və böyük ehtimalla bir gün davam edəcəyini bildirib.
İranın baş danışıqçısı Abbas Əraqçi bu axşam İsveçrəyə yola düşür. Səfər zamanı onu Pakistanın daxili işlər naziri müşayiət edəcək. Primeinfo.az-ın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, nümayəndə heyəti danışıqları davam etdirmək üçün İsveçrəyə səfər edir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.
Hər iki tərəf gələcək proseslərlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər.
Pakistan və Türkiyə Yaxın Şərqdəki gərginliyin bütün tərəfləri arasında regionda möhkəm və davamlı sülhün bərqərar olmasına kömək edəcək qarşılıqlı anlaşmanın tezliklə əldə olunacağına ümid edirlər. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu məsələ Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və onun türkiyəli həmkarı Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub. Tərəflər cari regional vəziyyət barədə fikir mübadiləsi aparıb, dialoq və təmkinliliyin vacibliyini vurğulayıblar: “Xarici işlər nazirləri qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə sıx koordinasiyanı saxlamaq, həmçinin çoxşaxəli Pakistan-Türkiyə tərəfdaşlığını daha da gücləndirmək üçün yüksək səviyyəli təmasları davam etdirmək barədə razılığa gəliblər”.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir: “Pakistan Ordusuna məxsus Mİ-17 tipli helikopterin yaranmış texniki nasazlıq səbəbindən Müzəffərabad şəhəri yaxınlığında qəzaya uğraması və ekipaj üzvlərinin həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.
Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistan İslam Respublikasının İslamabad şəhərində təşkil olunmuş “Advanced Treaty Practice: From Signature to Domestic Law” (“Müqavilə təcrübəsinin təkmilləşdirilməsi: imzalanmadan milli qanunvericiliyə qədər”) adlı beynəlxalq təlim proqramında iştirak edib. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimdə Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsi, Qanunvericilik baş idarəsi, Penitensiar xidməti, Məhkəmə Ekspertizası Mərkəzi və İnsan resursları idarəsindən ümumilikdə 10 əməkdaş təmsil olunub.