Xəbər axtarın

Son axtarış nəticələri:

Pakistanda FACİƏ: Təhsil mərkəzinin damı uçdu, 14 uşaq öldü

30.06.2026 21:49

Pakistanda FACİƏ: Təhsil mərkəzinin damı uçdu, 14 uşaq öldü

Pakistanda təhsil mərkəzinin damı uçub, nəticədə 14 uşaq ölüb.

Primeinfo.az xəbər verir ki, bədbəxt hadisə Lahor vilayətinin Kahna bölgəsində baş verib.

Pakistanın Fövqəladə Hallara Reaksiya Xidmətinin nümayəndəsi Faruk Əhmədin sözlərinə görə, təxminən 10 yaralı var və onların vəziyyəti kritikdir.

O bildirib ki, hadisə baş verən zaman təhsil mərkəzinin içərisində təxminən 30-dan çox uşaq olub. Qurbanların sayının arta biləcəyi ehtimal olunur.

Hadisə ilə bağlı binanın sahibi də daxil olmaqla, iki nəfər həbs olunub.

 

Paylaş: