Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qazaxıstan

Adı ölənlərin siyahısında çıxdı, 35 dəqiqə ürəyi dayandı, 1 ay komada qaldı - VİDEO

2024-cü ilin dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan və bir ay komada qalan Hafisət Çitiyeva faciənin dəhşətləri barədə danışıb. Primeinfo.az xəbər verir ki, o, dekabrın 25-də həyat yoldaşının yanına getmək üçün təyyarəyə mindiyini bildirib: “Təyyarəyə yoldaşımın iki bibisi ilə birlikdə minmişdim. Hadisə baş verəndə “panika” yaranmışdı, hamı qışqırırdı.

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olundu

Beynəlxalq axtarışa verilmiş daha 1 şəxs Azərbaycana ekstradisiya olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Baş Prokurorluğun vəsatəti əsasında Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Herayev Ramazan Məhəməliyeviçin ekstradisiyası haqqında qərar qəbul olunub.

Qazaxıstan prezidenti Sankt-Peterburqa gedəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 21-22 dekabr tarixlərində Sankt-Peterburqa işgüzar səfər edəcək. Primeinfo.az bu barədə Akordaya istinadən xəbər verib. K.Tokayev Ali Avrasiya İqtisadi Şurasının iclasında, eləcə də MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək.

Pezeşkian Qazaxıstanda Tokayevlə görüşüb

İran Prezidenti Məsud Pezeşkian Qazaxıstana rəsmi səfər edib. Primeinfo.az Qazaxıstan Prezidentinin mətbuat xidmətində istinadən xəbər verir ki, Məsud Pezeşkian Astanada Prezident Kasım-Jomart Tokayevlə görüşüb. Görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış edən Kasım-Jomart Tokayev beynəlxalq aləmdə yüksək nüfuza malik İranın Qazaxıstanın Yaxın Şərqdə etibarlı tərəfdaşı olduğunu vurğulayıb.

Qazaxıstanda 50-dən çox insan qatarda qazdan zəhərlənib

Almatıda 50-dən çox insan qatarda qazdan zəhərlənib. APA xəbər verir ki, bu barədə “SputnikKz” məlumat yayıb. Şəhər Səhiyyə İdarəsinin məlumatına görə, 10 uşaq xəstəxanaya yerləşdirilib, ikisi reanimasiyadadır.

Qazaxıstan 2027-dən NATO standartlı artilleriya mərmiləri istehsal edəcək

Qazaxıstanda 2027-ci ildə fəaliyyətə başlayacaq zavod ilk dəfə NATO standartlı mərmilər də daxil olmaqla artilleriya mərmiləri istehsal edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası “Great Sky” şirkətinin birinci direktor müavini Andrey Tixonenkoya istinadən məlumat yayıb. Onun sözlərinə görə, hərbi sursatlar “ASPAN” adlı layihə çərçivəsində dörd müdafiə müəssisəsində buraxılacaq.

Qazaxıstan Aktau limanında böyük konteyner habı inşa edir

“Qazaxıstan Dəmir Yolu” Milli Şirkətinin törəməsi olan “KazmorTransFlot” şirkəti Orta Dəhliz marşrutu üzrə yükdaşımaları artırmaq məqsədilə 6 yeni konteyner daşıyan gəmi alır. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu şirkətin İdarə Heyətinin sədri Talqat Aldıbergenov MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində jurnalistlərə açıqlaması zamanı deyib. O bildirib ki, Orta Dəhlizlə bağlı əsas çətinlik Xəzər dənizində gəmi və bərə çatışmazlığıdır.

Azərbaycan gəncləri “MDB üçün 100 ideya” müsabiqəsində qalib olub - FOTO

19-21 noyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində MDB-yə üzv dövlətlərin gəncləri arasında “MDB üçün 100 ideya” adlı beynəlxalq layihələr müsabiqəsi keçirilib. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Müsabiqəyə 8 MDB ölkəsindən “İT sahəsi”, “Tibb və səhiyyə”, “Təhsil”, “Təbii ehtiyatlardan rasional istifadə” və “Sosial sahə” nominasiyaları üzrə 50 iş təqdim olunub, onlardan 12 layihə ən yaxşı işlər sırasında yer alıb.

Sərdar Berdiməhəmmədov Qazaxıstana gedəcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Astanaya səfər edəcək. Primeinfo.az “tengrinews”a istinadən xəbər verir ki, səfər 24-25 noyabr tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq.