Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 21-22 dekabr tarixlərində Sankt-Peterburqa işgüzar səfər edəcək. Primeinfo.az bu barədə Akordaya istinadən xəbər verib. K.Tokayev Ali Avrasiya İqtisadi Şurasının iclasında, eləcə də MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək.
İran Prezidenti Məsud Pezeşkian Qazaxıstana rəsmi səfər edib. Primeinfo.az Qazaxıstan Prezidentinin mətbuat xidmətində istinadən xəbər verir ki, Məsud Pezeşkian Astanada Prezident Kasım-Jomart Tokayevlə görüşüb. Görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış edən Kasım-Jomart Tokayev beynəlxalq aləmdə yüksək nüfuza malik İranın Qazaxıstanın Yaxın Şərqdə etibarlı tərəfdaşı olduğunu vurğulayıb.
Almatıda 50-dən çox insan qatarda qazdan zəhərlənib. APA xəbər verir ki, bu barədə “SputnikKz” məlumat yayıb. Şəhər Səhiyyə İdarəsinin məlumatına görə, 10 uşaq xəstəxanaya yerləşdirilib, ikisi reanimasiyadadır.
Qazaxıstanda 2027-ci ildə fəaliyyətə başlayacaq zavod ilk dəfə NATO standartlı mərmilər də daxil olmaqla artilleriya mərmiləri istehsal edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası “Great Sky” şirkətinin birinci direktor müavini Andrey Tixonenkoya istinadən məlumat yayıb. Onun sözlərinə görə, hərbi sursatlar “ASPAN” adlı layihə çərçivəsində dörd müdafiə müəssisəsində buraxılacaq.
“Qazaxıstan Dəmir Yolu” Milli Şirkətinin törəməsi olan “KazmorTransFlot” şirkəti Orta Dəhliz marşrutu üzrə yükdaşımaları artırmaq məqsədilə 6 yeni konteyner daşıyan gəmi alır. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu şirkətin İdarə Heyətinin sədri Talqat Aldıbergenov MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində jurnalistlərə açıqlaması zamanı deyib. O bildirib ki, Orta Dəhlizlə bağlı əsas çətinlik Xəzər dənizində gəmi və bərə çatışmazlığıdır.
AZAL aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olduğu hadisə üzrə istintaq davam edir və bu ilin yekunları üzrə məlumat veriləcək.
19-21 noyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində MDB-yə üzv dövlətlərin gəncləri arasında “MDB üçün 100 ideya” adlı beynəlxalq layihələr müsabiqəsi keçirilib. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Müsabiqəyə 8 MDB ölkəsindən “İT sahəsi”, “Tibb və səhiyyə”, “Təhsil”, “Təbii ehtiyatlardan rasional istifadə” və “Sosial sahə” nominasiyaları üzrə 50 iş təqdim olunub, onlardan 12 layihə ən yaxşı işlər sırasında yer alıb.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Astanaya səfər edəcək. Primeinfo.az “tengrinews”a istinadən xəbər verir ki, səfər 24-25 noyabr tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Ermənistana dövlət səfərinə dəvət edib. Primeinfo.az “Armenpress”ə istinadən məlumatına görə, bunu Nikol Paşinyan Astanada Tokayevlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Astanaya rəsmi səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında onu Qazaxıstanın Baş naziri Oljas Bektenov qarşılayıb.