Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qazaxıstan

ETX-də Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

ETX-də Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində (ETX) Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin İnformasiya Təhlükəsizliyi Komitəsi, Dövlət Texniki Xidməti və Milli Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib. Primeinfo.az-a bu barədə ETX-dən məlumat verilib. Bildirilib ki, görüşdə kibertəhlükəsizlik sahəsində çağırışlar, mövcud risklər və bu sahədə tətbiq olunan yanaşmalar barədə fikir mübadiləsi aparılıb.

Qazaxıstanda vitse-prezident postu yaradılır

Qazaxıstanda vitse-prezident postu yaradılır

Qazaxıstanda vitse-prezident postu yaradılacaq. Primeinfo.az xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Milli Qurultayın iclasında çıxış edərkən bunu deyib. “Milli Qurultayın yekun iclasında yeni, vacib bir təklif irəli sürmək istəyirəm.

Beynəlxalq axtarışa verilmiş 3 nəfər Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışa verilmiş 3 nəfər Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs ölkəmizə ekstradisiya edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ruad Yaşar oğlu, Əsgərov Xəyal Rasim oğlu və Əyyubov Zaur Əyyub oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri müvafiq olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilmişdir.

Hikmət Hacıyev Qazaxıstan səfiri ilə görüşdü - FOTO

Hikmət Hacıyev Qazaxıstan səfiri ilə görüşdü - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qazaxıstan səfiri Alim Bayellə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan səfirliyi məlumat yayıb. Məlumata görə, tərəflər ötən il ərzində ikitərəfli əməkdaşlığın yekunlarını nəzərdən keçirib və yaxın perspektiv üçün planları müzakirə ediblər.

Qara dənizdə iki tankerə zərbə endirilib

Qara dənizdə iki tankerə zərbə endirilib

Qazaxıstan Energetika Nazirliyi Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı yaxınlığında Qazaxıstan ixrac neftini daşıyan iki tankerə dronların hücum etməsi barədə məlumatları təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bəyanat nazirliyin “Telegram” kanalında dərc edilib. Bildirilib ki, “Matilda” gəmisi Malta bayrağı, “Delta Harmony” isə Liberiya bayrağı altında üzüb.

Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul edib

Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul edib

Qazaxıstan Respublikasının Azərbaycanda yeni təyin edilən hərbi attaşesi polkovnik Salauat Xayruşev yanvarın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, müdafiə naziri qazaxıstanlı qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykəndiyini qeyd edən nazir hərbi attaşeyə ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək xidmətində uğurlar arzulayıb.

Adı ölənlərin siyahısında çıxdı, 35 dəqiqə ürəyi dayandı, 1 ay komada qaldı - VİDEO

Adı ölənlərin siyahısında çıxdı, 35 dəqiqə ürəyi dayandı, 1 ay komada qaldı - VİDEO

2024-cü ilin dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan və bir ay komada qalan Hafisət Çitiyeva faciənin dəhşətləri barədə danışıb. Primeinfo.az xəbər verir ki, o, dekabrın 25-də həyat yoldaşının yanına getmək üçün təyyarəyə mindiyini bildirib: “Təyyarəyə yoldaşımın iki bibisi ilə birlikdə minmişdim. Hadisə baş verəndə “panika” yaranmışdı, hamı qışqırırdı.

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olundu

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olundu

Beynəlxalq axtarışa verilmiş daha 1 şəxs Azərbaycana ekstradisiya olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Baş Prokurorluğun vəsatəti əsasında Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Herayev Ramazan Məhəməliyeviçin ekstradisiyası haqqında qərar qəbul olunub.