Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qazaxıstan

Ərdoğan Qazaxıstana getdi

Ərdoğan Qazaxıstana getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Ərdoğan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşəcək.

Qazaxıstanın hakimliyə namizədlərinə Ədliyyə Akademiyasında TƏCRÜBƏ - FOTO

Qazaxıstanın hakimliyə namizədlərinə Ədliyyə Akademiyasında TƏCRÜBƏ - FOTO

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Qazaxıstandan olan hakimliyə namizədlər üçün iki həftəlik təcrübə proqramı keçirilib. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, 13–24 aprel tarixlərini əhatə edən təcrübə proqramı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyası arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən təşkil olunub. Məhkəmə-Hüquq Şurasının da dəstəyi ilə təşkil olunan proqram çərçivəsində Qazaxıstandan olan 28 nəfər əyani, 30 nəfər distant olmaqla ümumilikdə 58 hakimliyə namizəd Azərbaycan məhkəmə sisteminin fəaliyyəti, məhkəmə icraatının təşkili, hüquqi tədqiqat metodları, mediasiya, hakimlərin peşə hazırlığı və rəqəmsal ədliyyə sahəsində müasir yanaşmalar üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər.

Əli Əsədov Qazaxıstana gedib

Əli Əsədov Qazaxıstana gedib

Baş naziri Əli Əsədov Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfər edib. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Roman Sklyar və digər rəsmi şəxslər qarşılayıblar.

Bakı Ali Neft Məktəbi Qazaxıstanda beynəlxalq sərgidə - FOTO

Bakı Ali Neft Məktəbi Qazaxıstanda beynəlxalq sərgidə - FOTO

  Bakı Ali Neft Məktəbi (BANM) Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində öz stendi ilə çıxış edərək uğurla təmsil olunub. Çoxsaylı ziyarətçilər tərəfindən BANM-in stendi böyük maraqla qarşılanıb. Bu barədə Primeinfo.az-a BANM-dən məlumat verilib.

Qazaxıstanda referendum KEÇİRİLİR

Qazaxıstanda referendum KEÇİRİLİR

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda səsvermə başlayıb. Primeinfo.az xəbər verir ki, ölkədəki əksər seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-a qədər fəaliyyət göstərəcək. Mərkəzi Referendum Komissiyası daha əvvəl ilk seçki məntəqələrinin Qazaxıstanın Yaponiyadakı diplomatik nümayəndəliyində açıldığını bildirib.

Qazaxıstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan dərin narahatlıq ifadə edib

Qazaxıstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan dərin narahatlıq ifadə edib

5 mart 2026-cı il tarixində Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov 5 mart tarixində mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb. İran İslam Respublikasından qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb.

Qazaxıstan vətəndaşlarını Yaxın Şərqdən çıxarır

Qazaxıstan vətəndaşlarını Yaxın Şərqdən çıxarır

“Flydubai” aviaşirkəti Dubaydan Astana və Almatıya iki təxliyə reysi həyata keçirərək 306 sərnişini Qazaxıstana çatdırıb. Primeinfo.az Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, vətəndaşların geri qaytarılması üzrə işlər bu ölkənin Xarici İşlər Nazirliyi ilə birgə aparılır. Yaxın vaxtlarda Mədinə və Ciddədən əlavə təxliyə reyslərinin təşkili planlaşdırılır.

Qazaxıstan öz vətəndaşlarını İranı tərk etməyə çağırıb

Qazaxıstan öz vətəndaşlarını İranı tərk etməyə çağırıb

İran ətrafında gərginliyin davam etməsi fonunda Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına vəziyyət sabitləşənədək İrana səfərlərdən çəkinməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Tengri News” məlumat yayıb. Nazirliyin bəyanatında bildirilir ki, hazırda İranda olan Qazaxıstan vətəndaşlarına ölkəni tərk etmək, həmçinin gücləndirilmiş təhlükəsizlik tədbirlərinə əməl etmək, diqqətli və ehtiyatlı olmaq, xəbərləri izləmək və yerli hakimiyyət orqanlarının tövsiyələrinə ciddi riayət etmək məsləhət görülür.