İlham Əliyevin Qazaxıstana səfəri GÖZLƏNİLİR İlham Əliyevin Qazaxıstana səfəri GÖZLƏNİLİR Dünya 16 Oktyabr 2025, 11:50 Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri gözlənilir. Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq səfər oktyabrın 20-21-də baş tutuacaq.
“Orta Dəhlizin strateji əhəmiyyətini xüsusilə vurğulamaq istəyirəm”.
Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.
Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü 2026-cı ildə Türkiyədə, Qeyri-rəsmi Zirvə Görüşü isə Qazaxıstanda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunu olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub. Vurğulanıb ki, bu barədə məsələ oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində Azərbaycan, Qazax, Qırğız, Türk və Özbək dillərində təsdiqlənib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşündə çıxışı zamanı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair Baxtiyar Vahabzadədən sitat gətirib. Primeinfo.az xəbər verir ki, Tokayev çıxışında bildirib: “Azərbaycanlı şair və bu tarixi torpaqların yetirməsi Baxtiyar Vahabzadə bizə belə bir vəsiyyət qoyub: “Türk türkə düşmən ola bilməz!” Biz ulu babalarımızın bu müdrik sözlərini uca tuturuq və bütün dünyaya göstəririk ki, türklər bir-birinə qan qardaşı olan, birliyinə sadiq xalqlardır”. Qazaxıstan Prezidenti qeyd edib ki, Türk Dövlətləri Təşkilatı bu birliyin siyasi ifadəsidir və təşkilata üzv ölkələrin həmrəyliyi bütün bölgədə sabitlik və inkişaf üçün vacib amildir.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.
29 sentyabr 2025-ci tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov, Murat Nurtleunu dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib. Nazir Ceyhun Bayramov, Murat Nurtleuya gələcək məsul vəzifələrində və fəaliyyətində uğurlar arzulayıb.