Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qətər

Qətər İrana zərbələr endirib

Qətər İrana zərbələr endirib. Primeinfo.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsarinin sözlərinə görə, Qətərin bu addımı Dohadakı Həməd Beynəlxalq Hava Limanına hücum cəhdinin qarşısını aldığını açıqlamasından sonra atılıb. Əl-Ənsari bildirib ki, Qətər raket atışlarından əvvəl İrandan əvvəlcədən xəbərdarlıq almayıb.

İranın hücumları nəticəsində Qətərdə indiyədək 20 nəfər yaralanıb

ABŞ-İsrail hərbi əməliyyatları fonunda İranın hücumları nəticəsində Qətərdə indiyədək 20 nəfər yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü CNN-ə bildirib. Məcid Əl-Ənsari xəsarətlərin əsasən yüngül olduğunu və Qətərin çox minimal ziyana səbəb olan bu hücumların əksəriyyətinin qarşısını ala bildiyini qeyd edib.

Kamran Əliyev qətərli həmkarını Azərbaycana dəvət etdi - FOTO

Baş prokuror Kamran Əliyev qətərli həmkarı İssa bin Saad Al Nuaimini Azərbaycana səfərə dəvət edib. Primeinfo.az xəbər verir ki, Dohada keçirilən görüşdə Qətərin Baş prokuroru qurumlar arasında yüksək səviyyəli işgüzar münasibətlərin ölkələrin siyasi rəhbərlikləri arasında formalaşmış dostluq münasibətlərindən qaynaqlandığını bildirib. K.Əliyev hər iki ölkənin prokurorluqları arasında formalaşmış səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib.

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb- FOTO

Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycanq Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint əli bin-Nasser əl Misnad ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev X hesabında bildirib. “Görüş zamanı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın intensivləşdirilməsi barədə razılığa gəldik”,-deyə paylaşımda bildirilib.

Pakistan Qətər və İtaliyadan maye qaz alışını ləğv etdi

Pakistan 2027-ci ilə qədər nəzərdə tutulan Qətər və İtaliyadan 45 partiya maye qaz alışı üzrə razılaşmanı ləğv edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Daily Pakistan Online” “Geo News”a istinadən məlumat yayıb. Bildirilib ki, Pakistan Qətərdən 24, İtaliyadan isə 21 partiya maye qaz alışından imtina edib.

Hikmət Hacıyev Qriqoryanla Dohada görüşəcək

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Qətərdə foruma qatılacaqlar. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının ofisi yayıb. Məlumata görə, hər iki rəsmi “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” adlı panel müzakirələrində iştirak edəcək.

Ermənistan prezidenti Qətərə səfər edib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan İkinci Dünya Sosial İnkişaf Sammitində iştirak etmək üçün Qətərə səfər edib. Primeinfo.az  Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, tədbir 4-6 noyabr tarixlərində Dohada keçiriləcək. BMT-nin ev sahibliyi etdiyi sammitin məqsədi 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağı sürətləndirmək üçün yoxsulluq, bərabərsizlik və sosial təcridlə mübarizə aparmaq, layiqli əməyi təşviq etmək və sosial ədaləti gücləndirmək üçün beynəlxalq səyləri stimullaşdırmaqdır.