Almaniya parlamentində Ukrayna münaqişəsinə son qoymaq üçün Putinlə dialoqa girməyə çağırıblar. Primeinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu çağırışı Almaniyanın müxalif “Almaniya üçün Alternativ” partiyasının sədri Tino Xrupalla edib. “Ukraynadakı vəziyyəti nizamlamaq üçün Almaniya hökuməti Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa girməlidir.
Rusiya Prezidenti Vladimir Putin və Braziliya Prezidenti Lulada Silva arasında telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, Kremlin məlumatına görə, liderlər Venesuela ətrafındakı vəziyyəti müzakirə ediblər. Putin və Silva Venesuelanın suverenliyi və milli maraqlarının təmin olunması ilə bağlı yanaşmalarının uyğun olduğunu vurğulayıblar.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib. O, qeyd edib ki, səfirə Rusiyanın dövlət televiziya kanalında verilən açıqlamalardan dərin qəzəb ifadə edən etiraz notası təqdim edilib.
Seysmoloqlar Kuril adalarında 5,6 maqnitudalı zəlzələ qeydə alıblar. Primeinfo.az Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialının “Yuzhno-Saxalinsk” seysmik stansiyasından bildirilib. Yeraltı təkanlar dəniz dibinin 423 km dərinliyində, İturup adasındakı Reydovo kəndindən 214 km şimalda qeydə alınıb.
Çin, İran və Rusiya Cənubi Afrika Respublikasının sularında hərbi təlimlərə başlayıb. Primeinfo.az ”Reuters“ə istinadən xəbər verir ki, “BRİCS Plus” adlandırılan təlimlər tranzit yollarının və dəniz ticarətinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Ukrayna nümayəndə heyətinin Fransada apardığı danışıqların nəticələri barədə məruzə edib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında bildirib. “Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair ikitərəfli sənəd ABŞ Prezidenti Donald Tramp ilə ən yüksək səviyyədə yekunlaşdırılmağa faktiki olaraq hazırdır”, – deyə o yazıb.
Uzun illər ərzində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində çalışmış və Sovet İttifaqının daha sonralara isə Rusiyanın xeyrinə casusluq edərək dövlətə xəyanata görə tutulmuş Aldriç Eyms 84 yaşında vəfat edib. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata əsasən, o cəza çəkdiyi Merilend ştatının Kumberlend Federal cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.
Rusiyanın Perm diyarında şəxsi helikopter qəzaya uğrayıb. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Hadisə Bardım rayonunda yerləşən “Aşatli-park” istirahət mərkəzinin ərazisində baş verib.
Rusiya İstintaq Komitəsinə aid olduğu deyilən məktub yayılıb.
“Rusiya, İran və Venesuelada baş verən müharibələr, iğtişaşlar, həyata keçirilən əməliyyatlar Azərbaycanın xeyrinədir”.